ABŞ-də fermer köhnə avtomobilini 900 kiloqramlıq balqabaqla məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yatıb
ABŞ-də fermer köhnə avtomobilini sıradan çıxarmaq üçün qeyri-adi üsula əl atıb. O, 900 kiloqramlıq nəhəng balqabağı kranla qaldıraraq birbaşa maşının üstünə buraxıb.
Hadisə izləyənlər üçün effektli görüntülərlə müşahidə olunub. Sürücü uzun illər istifadə etdiyi avtomobili dəyişmək istədiyini və onu sadəcə utilizasiya etmək əvəzinə bu yolla “vidalaşmağın” daha maraqlı olduğunu bildirib.
Hadisə sosial şəbəkələrdə sürətlə yayılıb.
Xuraman Etibarlı
İnterpress.az






