Pedoqoji universitetlər hazırlıqlı kadr yetişdirməyibbackend

Pedoqoji universitetlər hazırlıqlı kadr yetişdirməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kurikulum sistemi təkcə uşaqların və onların valideyinlərinin deyil həm də müəllimlərin baş bəlasına çevrilib. Ali təhsilli valideyinlərin özlərinin belə cavablandırmağa çətinlik çəkdikləri Kurikulum sisteminin təhsilimizə vurduğu zərərin gözlənildiyi faydalardan çox olacağını düşünənlər haqlıdırlarmı?

Şagirdlərdə məntiqi təfəkkürü artırmaq məqsədi ilə birinci sinifə gedən uşaqları onların anlaya bilmədikləri məntiqi suallarla yükləməklə təhsilin gələcəyində problemlər yaradacağı barədə həyəcan dolu suallara cavab axtaran valideyinlər üçün İnterpress.az Təhsil işləri üzrə ekspert Nazim Əkbərovdan açıqlama alıb.

Təhsil sistemində Kurikulumun hazırki tədbiqini uğurlu hesab edirsiniz?
Kurikulum təhsil sistemindən gözləntilərimiz özünü doğrultmadığı üçün pedoqoji kollektivlər tərəfindən qəbul olunmadı.

Siz özünüz bu təhsil metodunu dəstəkləyirsinizmi?

Əslində bu təhsil metodu son dərəcədə mütərəqqi və lazımı metoddur. Lakin apardığım müşahidələrdən, və söhbətlərdən görürəm ki, şagirdlər bu sistemi qavramaqda olduqca çox əziyyət çəkirlər. Bunun səbəbi isə yenə də düzgün tədris olunmamasından yaranır. Müəllim bunu qavasa və əlinin altında resurslar olsa, ondan istifadə edərək ən asan üsulla bu problemi aradan qaldırmaq olar. Uşağın min əziyyətlə dərsə hazırlaşması çətinliyini aradan qaldırmaq və onun dərsi düzgün qavramasının asan yolu ancaq müəllimin kurikulm sistemini düzgün bilməsinə bağlıdır.

Kurikuluma keçidin uğursuz olmasına səbəb nədir sizcə?
Əvvəla məktəbləri idarə edən orqanlar bu barədə məlumatlandırılıb onlara təlimlər keçilməli idi. Lakin bizdə bu tərsinə oldu. Müəllimlərin hamısına təlim keçməyə imkan və şərait olmadığı üçün onlara hissə-hissə təlimlər keçdilər. Məktəbləri idarə edənlərin, məktəb direktorlarının isə məlumatları olmadı və birinci əleyhdarlar da elə onlar oldular. Bizim pedoqoji kollektivin düzgün maariflənməməsi və maddi texniki bazanın olmadığına görə kurikulum sisteminin qavranılmasının öhtəsindən gəlmədilər. Bizim müəllimlərin çoxu dərslikdən əl çəkə bilmədilər. Hansı ki, kurikulum dərslik üzərində qurulan sistem deyil. Kurikulum axtarışlar, nəticələr üzərinə məntiqə əsaslanan sistemdir.

Kurikulumun tərbiqi üçün ayrılan külli miqdarda pulların artıq xərc olması barədə yazılanlara əsaslansaq bu səhəyə maddi baza ayrılmadığından şikayət edə bilərikmi?
Mən özüm “Həyat bilgisi” kitabları barədə məsləhətçiyəm və bu sahəyə maddi vəsait ayrıldı. Lakin söhbət birinci növbədə internet resurslarından və lazımı əlavə vəsaitlərin hazırlanmasından gedir. Kurikulum sisteminin ilk başdan dərsliyə keçirilməsindən bu sahədə monopoliya yarandı ki, kimlərsə ən yaxın adamlarını dərsliklərin hazırlanmasına yönəltdilər.

Rusiya, Gürcüstan, Ermənistan və digər qonşu dövlərin təhsilində kurikulum sisteminin tətbiq olunmadığı doğrudurmu?
Xeyr. Bu doğru fikir deyil. Rusiya və digər qonşu ölkələrdə də kurikulum sistemi tətbiq olunur. Sadəcə bu sistem onlarda “Təhsil islahatları” adlanır. Lakin Rusiya və digər ölkələrdə bu sistemə tədricən keçildiyi halda bizdə birdən keçid edildi. Müəllimin özü bu proqramın verdiyi standartları qavramağa hazır deyildi. Uzun müddət işləyən müəllimlər bu sistemə keçid edə bilmədilər.

Ali təhsilli valideyinlər belə ibtidai sinif tapşırıqlarını uşaqlarına izah etməkdə çətinlik çəkirlər. Bu çətin proqramı uşaq necə qavraya bilər?

Əslində uşaq heç nə ilə yüklənmir və onlar üçün çətin ola biləcək heç nə yoxdur. Sadəcə müəllim o yükü verməyi bacarmır. Çünki müəllim bunu düzgün qavrayıb şagirdə düzgün izah edə bilmədiyi üçün o proqram dilinin standartlarını necə mənimsəmək lazım olduğunu bilmir. Bu standartların hazırlanmasında 5 il iştirak edən bir mütəxəsis kimi tam əminliklə söyləyə bilərəm ki, kurikulum sistemi göründüyü kimi çətin təhsil metodu deyil. Ağır olan isə müəllimin buna hazır olmamasıdır. İndiyəcən Pedoqoji univresitetlər bu sahədə keyfiyyətli, bacarıqlı kifayət qədər hazırlıqlı kadr yetişdirməyib. On günlük kurslarla bunu mənimsəmək mümkün deyildi. Bizim özümüzün mərkəzdə hazırlığımız illər çəkdi, amma biz müəllimdən məktəblərdə kurikulum metodunun tədris olunmasını 10 günlük kurslarla tələb etdik ki, ən böyük yalnışlıq da elə bu oldu.

Təhsildə çətinliklər yaratdığı söylənilən bu metodun tətbiqindəki səhvlər nələrdir və kimlər günahkardı?

Biz əsrin əvvəllərində beynəlxalq konvensiyalara qoşulanda o dövrün tələbləri təhsil sistemimizdə bu dəyişikliyi etmək idi. Həmin tələbləri yerinə yetirmək üçün geniş islahatlara başlanıldı və xaricdən məsləhətçilər və təlimçilər dəvət olundu. Bizim metodistlərimiz xaricdə mübadilə kursları keçdilər. Kimlərinsə niyə günahlandırılması ilə bağlı yəqin ki, bu suala Təhsil Nazirliyindən daha dəqiq cavab ala bilərsiniz.

Təhsil ekspertləri, valideynlər Kurikulumun təhsil sistemində dayandırılması barədə yazılar və müzakirələr aparılır. Bu mümükündürmü?

Xeyr. Bunun dayandırılması mümkün deyil. Çünki bu dünya təhsil sistemindən ayrılmaq deməkdir.

Aynur Arifqızı
İnterpress.az