İnterpress.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Məlahət İbrahimqızı bildirib.
YAP-çı millət vəkili deyib ki, bir sıra televiziya kanallarında yayımlanan seriallarla bağlı ciddi nöqsanlar mövcuddur.
M.İbrahimqızı Azərbaycan dili ilə bağlı qanunvericliliyin mövcud olduğunu da xatırladıb:
“İndi şəhərimizdəki bir çox kino salonlarda uşaqlar üçün verilən filmlər rus, ingilis dilindədir. Hətta aparılan montorinqlər nəticəsində məlum olub ki, çox az hallarda belə filmlərin altında Azərbaycan dilində tərcümə gedir. Hesab edirəm ki, biz öz dilimizi unutmamalı, belə hallara yol verməməliyik”.
İnterpress.az