Dağlıq Qarabağda “referenduma” start verilibbackend

Dağlıq Qarabağda “referenduma” start verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilən “referendum”la bağlı ölkə rəsmiləri münasibət bildirib. İnterpress.az saytı məsələ ilə bağlı “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.

Ermənilərin nəyə və kimə ümid edərək referendum keçirmələri və erməni tərəfin bu referendumu nəyə hesablayıb nə kimi gözləntiləri ola bilməsi ilə bağlı ünvanladığımız sualı ekspert belə şərh etdi: Hələ ki, cəbhə bölgəsində sakitlikdir. Əslində həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi bugünə xüsusi hazırlaşmalı idilər. Bu “referendumla” bağlı hərəsinin öz missiyası olmalı idi. Gün hələ yeni başladığından axşama qədər nələrin baş verəcəyini söyləmək çətindir. Bu separatçılar üçün elə bir gün olmalıdır ki, Xankəndi hava limanının təmirindən sonra “uçuşlara başlayaq, yoxsa başlamayaq” qədər düşündürücü suala çevrilməlidir.

Dağlıq Qarabağda “referenduma” start verilib

Bu qondarma referendumla onlar öz “konstitusiyalarına” iki əsas dəyşiklik etmək istəyirlər. Birinci “dəyişikliyə” görə “prezidentlərinin” səlahiyyətləri artırılcaq. Halbuki, Ermənistan tam əks yolla gedir, orada parlamentin səlahiyyətləri artırılıb. İkinci “dəyişikliyə” görə isə, separatçılar Dağlıq Qarabağın adını “Artsax”la əvəz etmək istəyirlər. Separatçıların bu addımı onunla bağlıdır ki, Qarabağ ifadəsi türk mənşəlidir və bütün dünya, o cümlədən Ermənistan həmin bölgəni məhz Dağlıq Qarabağ kimi adlandırır. Dağlıq Qarabağ adı birbaşa Azərbaycanla bağlılığın ifadəsidir və ona görə də separatçılar öz düşüncələrində bu addan qurtulmaq istəyirlər. Əgər Ermənistan hakimiyyəti Dağlıq Qarabağın adını dəyişib “Artsax” qoyacaqlarını düşünürlərsə onların bu ümidləri puça çıxacaq. Bütün dünya dövlətləri, Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda bu dirnaqarası referendum baş tutacaq olsa belə yenədə həmin bölğəni “Dağlıq Qarabağ” adlandırmaqda davam edəcək. Çünki bütün sənədlərdə belə keçir. Əslində onlar gərginlik qazanacaqlar, ermənilər bir tərəfdən guya sülh yaradıb atəşkəsə riayət olunmasını istəyirlər digər tərəfdən isə belə bir təxribat yaradırlar. Böyük ehtimalla bu təxribat cavabsız qalmayacaq. Azərbaycan həm bu məsələni Beynəlxalq təşkilatlarda qaldıracaq həm də cəbhə bölgəsində gərginlik artacaq. Bir tərəfdən bu referendum, ikinci tərəfdən isə Ermənistan prezidenti Serj Sarkisyanın deməsi ki, “guya Azərbaycanlılar Xankəndində çay içmək istəyirdilər, heç Kəlbəcərdə və Ağdamda çay içə bilmədilər” bu da gərginliyi artıracaq təxribat xarakterli açıqlamadır. Çünki açığını etiraf etməliyik ki, son vaxtlar Azərbaycan haqlı olaraq atəşkəsə riayət etmir və Dağlıq Qarabağ ətrafındaki rayonların boşaldılması üçün təziqi artırır. Apreldən bu yana çoxlu lokal toqquşmalar olub və hər iki tərəfdən itkilər olub. Bu cür itkilər Ermənistan üçün daha ağırdır. Çünki əhalisi Azərbaycan əhalisindən beş dəfə azdır və ermənistanda doğulan gənclər Qarabağda ölmək istəmirlər. Əslində bu cür dirnaqarası referendumla onlar özlərinə daha çox problemlər yaradırlar və prezidentlərinin səlahiyyətlərini də artırırlar. Düzdür bu onların öz işidir, lakin bölğənin adının bu formada çəkişdirilməsi onlara heç bir xeyir gətirməyəcək.

Bununla bağlı Azərbaycan tərəfi hansı addımları atıb nə kimi işlər görməlidir?

Azərbaycan XİN artıq qollarını çırmalayıb işə başlamalıdır. Məsələ burasındadır ki, separatçıların yaydıqları xəbərə görə Dağlıq Qarabağdakı “referendumu” Rusiyadan, Bolqarıstandan, Boliviyadan, Almaniyadan, hətta Avropa Parlamentindən 100-ə yaxın mühaşidəçi izləyir. Əlbəttə istisna etmirəm ki, rəqəm şişirdilib. Ancaq əgər bu ölkələrdən həqiqətən kimlərsə bu “referenduma” müşahidəçi qismində iştirak edirlərsə, onların adları və statusları müəyyənləşdirilib, adı keçən hər bir ölkəyə nota göndərilməlidir. Bu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası qədər prinsipial məsələdir.

Beynəlxalq aləmdə qondarma respublikanın referendum cəhdinə münasibətlə bağlı ekspert, son vaxtlar müəyyən Beynəlxalq təşkilatların, Avropa parlamentinin və üstəgəl ATƏT-in Minsk qrupunun bununla bağlı yumşaq da olsa müəyyən mövqe bildirdiklərini dedi: “Rusiya tərəfin isə ikibaşlı açıqlamasından faktiki belə nəticələr məlum oldu ki, referendum keçirsələr də guya bu danışıqlar prosesinə heç bir təsir etməyəcək. Açıqlamaların ruhu belə idi ki, onlar bu referendumun nəticələrini tanımayacaqlar. Əslində Azərbaycan üçün bunlar kifayətdir. Sadəcə onu düşünürəm ki, cəbhə bölgəsində təziqi artırmağa ehtiyac olacaq. Çünki Ermənistan tərəfi nəinki danışıqlarda geri addım atmır və Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına maraq göstərmir, üstəlik özləri bilərəkdən bu cür dirnaqarası referendum keçirməklə cəbhə bölgəsində gərginliyi artırırlar. Yəqin düşünürlər ki, bu yolla Rusiya onlara dəstəyini daha da artıra bilər. Çünki Azərbaycan cəbhə bölgəsində təziqi artırsa düşünürlər ki, Rusiya da Azərbaycana təziqini artırar və Rusiya ilə Azərbaycan arasındakı münasibətlərində müəyyən gərginliklər yaşana bilər. Və, yəqin onu da düşünürlər ki, Rusiya Gürcüstanı və Ukraynanı parçalayaraq separatçı tərəfi dəstəkləyib ordakı separatçı bölgələri tanıyıb ehtimal edirlər ki, bəlkə Rusiya gələcəkdə Dağlıq Qarabağı da separatçı bölgə kimi tanıya bilər. Əlbəttə ki, bu ən az ehtimal olunan bir variantdır. Düzdür Rusiya hər vəchlə Ermənistana dəstək verir. Amma sual yaranır ki, niyə Rusiya durub tərəfdaş adlandırdığı Azərbaycanla münasibətləri qəfil gərginləşdirsin?

Belə bir vəziyyətdə Azərbaycan və Ermənistan arasında müharibə qaçılmaz ola bilərmi?- sualına ekspert: “Onsuzda hər iki tərəf arasında müharibə gedir və artıq iki ildir ki, atəşkəs rejiminə riayət olunmur cavabını verdi. “Bu məsələdə Azərbaycanın taktikası da dəyişib və İlham Əliyevin açıqlaması da var ki, “Öldürülən erməni əsgərinin Agdamda və Füzulidə nə işi vardı ki?”. Bu o deməkdir ki, Dağlıq Qarabağda işğal olunmuş ərazilərinin ətrafında düşmənin bütün postları, helikopterləri, canlı qüvvəsi qoyulacaq və bu proses davam edir. Ona görə lokal toqquşmalar onsuzda davam edir və əslində bu işğalçılara təyziq etməkdir. İtgiləri də getdikcə artır, amma hələki guya ki, dözürlər və savaşa hazırdılar. Amma yenə də təkrar edirəm ki, onların itgiləri daha çox olacaq. Azərbaycanın hərbi büdcəsi daha çox, texnika və canlı qüvvəmiz daha çoxdur. On milyardlarla dollar dəyərində hərbi texnikanı biz anbarlarda saxlamaq üçün almamışıq. Bu silahlar işğalçıya tətbiq edilməsi üçün alınıb.

İnterpress.az
Aynur Arifqızı