Gecələr yuxusuz qalıb, çalışanların nəzərinəbackend

Gecələr yuxusuz qalıb, çalışanların nəzərinə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Endokrinoloq Mütəxəssisi Prof. Dr. Mitat Bağçaçı, xərçəng və diyabetə qarşı qoruyucu təsirə sahib olan melatonin hormonunun ancaq gecələr ifraz oluna biləcəyinə diqqəti çəkərək: “Gecə işləyib, gündüz yatanlarda xərçəng nisbətləri daha yüksəkdir. Səhərlər gümrah oyanmaq və immunitet sisteminizi gücləndirmək istəyirsinizsə axşamlar mütləq yatmalısınız ” deyə bildirmişdir.

Bədən yuxu əsnasında özü üçün faydalı işlər görməyə davam edir, günəş batıb hava qaralınca beyin ortasında olan göy noxud böyüklüyündəki pineal bezinin melatonin hormonunu ifraz etməyə başlayır .

Süni işıqlarda insan orqanizminə mənfi təsir edir

“Drakula hormonu” da deyilən melatoninin kafi ifraz olunmasının qaranlıqda yatmaqla mümkün olduğunu, parlaq işıq altındakı yuxu əsnasında kafi ifraz olunmadığını bildirən Bağçaçı, bunları qeyd etdi: “Bu hormon, xərçəng və diyabetə qarşı qoruyucu təsirə sahibdir. Melatoninin ifraz olunmasını yalnız gün işığı deyil, süni ev içi işıqlandırma və xüsusilə mavi işıq da maneə törədir. Bu hormon adamın dinc qalmasını təmin edir. Diyabet və xərçəng daxil bir çox xəstəliyə qarşı müsbət təsirləri olduğu göstərilmişdir. Gecə işində işləyən insanlar araşdırıldığında gündüz işləyənlərə görə xərçəng görülmə nisbəti daha yüksək olduğu müəyyən olunmuşdur. İnsan davamlı gecə işində işləyirsə və gündüz də qaranlıq mühitdə yatmırsa melatonin aşağı ifraz olunduğu üçün qoruyucu təsiri də ortadan qalxmış olur. Bu bir çox xəstəliyə və mənfi nəticələrə gətirib çıxarır.”

İnterpress.az