“AŞ-nın Azərbaycanla təhdid dilində danışması Avropaya yaxşı heçnə vəd etmir”backend

“AŞ-nın Azərbaycanla təhdid dilində danışması Avropaya yaxşı heçnə vəd etmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurasının bu tələbinin yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi gündəmə gələcək.

Azərbaycan tərəfi ölkədə siyasi məhbusun olmadığını bildirir. Son ana qədər Azərbaycan tərəfinin hansı addım atacağı maraqla gözlənilir.

Məsələ ilə bağlı politoloq Elşən Manafov fikirlərini Ölkə.Az-da bölüşüb:

\”Azərbaycanın Avropa Şurası ilə arasında yaranan problemlər Avropa rəsmilərinin fikirincə, Azərbaycanda siyasi məhbuslar amilindən irəli gəlir. Avropa Şurasının Azərbaycandan tələbi REAL hərəkatının lideri İlqar Məmmədov və daha bir neçə siyasi məhbusun azadlığa buraxılmasıdır. Bu Avropa Şurası rəsmilərinin mövqeyidir.

Azərbaycan tərəfi siyasi məhbuslarla bağlı məsələyə kifayət qədər fərqli rakursdan baxır. Azərbaycan rəsmilərinin fikrincə, adı çəkilən şəxslər siyasi məhbus deyillər, zamanında onların ölkə qanunvericiliyi konteksində siyasi fəaliyyət göstərmələri üçün şərait yaradılmışdı. Ölkə rəsmilərinin fikrincə isə həmin şəxslər baş vermiş hadisələrə görə məsuliyyət daşıyırlar. Azərbaycanın mövqeyi məhz budur.

İki tərəfin mövqeyində fərqli yanaşma təbii ki, gərginliyin yüksələn xəttlə artmasına xidmət edir. Bəllidir ki, Avropa Şurasının Azərbaycana olan bu mövqeyinin arxasında müxtəlif konyikturalar durur. Avropa Şurasının Azərbaycanla bağlı konkret maraqları var. Avropa Şurasının Azərbaycanla reallaşdırmaq istədiyi müəyyən layihələr var. Şuranın Azərbaycandan təhdid və təzyiqlə əldə etmək istədiyi müəyyən məsələlər var, Azərbaycan tərəfi isə müstəqil dövlət olaraq Avropa Şurasının bu tələblərinə qanunvericilik və beynəlxalq hüquq və normalar konteksində yanaşır. Azərbaycan prezidenti Avropa Şurasının rəsmilərini qəbul edərkən qeyd etdi ki, biz Avropa dövlətlərinin özlərində də müxalifətin hərəkətlərinə, müxalifətin təşkil etdiyi aksiya və mitinqlərə kifayət qədər fərqli yanaşmışıq. Hətta müxalifətin aksiyasının dağıdılması zamanı Avropa hüquq mühafizə orqanlarının Azərbaycan polisi ilə müqayisədə daha fərqli, daha radikal, daha amansız hərəkət etməsini görürük.
Bu rakursdan baxdıqda təbii ki, Avropanın müəyyən institutlarının Azərbaycanla mövqeyi sırf konyuktur amillərlə bağlıdır\”.

Azərbaycanın Avropa Şurasına qəbul olunarkən üzərinə müəyyən öhdəliklər götürdüyünü deyən politoloq bildirdi ki, Azərbaycan Şuranın tələblərini nəzərə aldı, ölkənin əsas qanunvericiliyində ciddi əlavə və dəyişikliklər edildi:

\”Azərbaycan Avropa Şurasına qəbul olduqdan sonra da Şuranın tələb və tövsiyyələrinə müsbət yanaşmış və zaman-zaman götürdüyü öhdəlikləri Azərbaycan qanunvericiliyi imkanında yerinə yetirməyə nail olmuşdu.

Avropa Azərbaycana Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynaya biləcək, terrorçuluqla mübarizədə tranzit ola biləcək, Rusiyadan enerji asılılığının aradan qaldırılmasında ciddi resurslara malik olan bir dövlət kimi yanaşır. Bu mənada Avropa Şurası Azərbaycanın Avropa məkanına sürətli inteqrasiyasında maraqlı olmalıdır. Güman edirəm ki, Azərbaycanın Avropa Şurasındakı məlum yerinin ixtisara düşməsi Avropa Azərbaycan münasibətlərinə yaxşı heçnə vəd etmir. Azərbaycan prezidentinin dediyi kimi, bu gün Avropa Şurasının özünün Azərbaycana daha çox ehtiyacı var, nəinki Azərbaycanın Avropaya\”.

Avropa Şurasının Azərbaycanla təhdid və təzyiq dilində danışmasının Avropanın özünə yaxşı heçnə vəd etmədiyini deyən Elşən Manafov qeyd edib ki, Avropa Şurası və Avropa İttifaqı yaxşı olardı Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlarda daha optimal və daha obyektiv olsun:

\”Biz isə nə Şuranın, nə də İttifaqın Dağlıq Qarabağ probleminin həllinə ikili standartlardan yanaşdığını görürük. Avropa Şurasının mövqeyində Dağlıq Qarabağ probleminin həlli məsələsində xristian təəssübkeşliyi etdiyi qabarıq şəkildə özünü göstərir. Avropa Şurasının Azərbaycanla bağlı mövqeyində erməni lobbiçiliyinin izlərini görmək də mümkündür. Düşünürəm ki, bütün bunlar Avropaya yaxşı heçnə vəd etmir\”.

İnterpress.az