Azərbaycanın Meral Akşeneri kim olacaq?backend

Azərbaycanın Meral Akşeneri kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

A24.az elə bu sualla da bir neçə ictimai fəal qadına müraciət edib.

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı A24.az–a açıqlamasında bildirib ki, Azərbaycanda bir qadın kimi siyasət sahəsində “tryuk” etmək çətin məsələdir:

Azərbaycanın Meral Akşeneri kim olacaq?

“Niyə də olmasın? Türkiyədə istər siyasi sahədə olsun, istərsə də digər sahələrdə yüksək vəzifə sahibi olan qadınlar kifayət qədərdir. Bundan əlavə digər dünya ölkələrində vəzifədə olan qadınlara Yaxın Şərqdə keçmiş baş nazir postunu tutan Bənazir Bhuttonu, Hindistanın sabiq baş naziri İndira Qandini də misal göstərmək olar. Türkiyənin PKK ilə savaşdığı ən cəsarətli dövrlərdə Tansu Çillər kimi siyasətçi qadını da bu siyahıya əlavə etmək olar. Meral Akşenerə gəldikdə isə deyə bilərəm ki, o, Türkiyənin Daxili işlər naziri olmuş, öz duruşu, türkçülüyü ilə fərqlənən siyasi xadimdir. Azərbaycanda da Türkiyəyə baxdıqda şərtlər daha ağırdır. Buna görə də siyasətdə qadın olmaq çox çətin məsələdir. Məhz bu səbəbdən Meral Akşener kimi “tryuk” yarada bilən şəxs görmürəm”.

Yazar Aysel Əlizadə isə qeyd edib ki, Azərbaycanda belə bir dönüş yaratmaq mümkün deyil:

Azərbaycanın Meral Akşeneri kim olacaq?

“Azərbaycan cəmiyyəti istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdən potensial baxımdan geri qalmır. Sadəcə olaraq bizdə müəyyən ciddi əngəllər var. Buna görə də insanlarda həvəs qalmır və mübarizə aparmaq istəmirlər. Azərbaycanda tələbolunan mühit yoxdur deyə, bu insanlar öz potensiallarından qat-qat az iş görməyə məcbur olub”.

Sabiq millət vəkili Gültəkin Hacıbəyli belə bir vəziyyətin yaranmasının daha çox siyasi şəraitdən asılı olduğunu bildirib:

Azərbaycanın Meral Akşeneri kim olacaq?

“Mən buna “tryuk” deməzdim. Meral Akşener Türkiyənin tanınan qadın siyasətçilərindən biridir. Çox uzun müddətdir ki, siyasi səhnələrdədir və təmkinli, səbrli olmağı ilə kifayət qədər kütlənin hörmətini, dəstəyini qazanıb. Ona uğurlar arzu edirəm. Ümid edirəm ki, yaratdığı siyasi partiya Türkiyə siyasətində qadınların rolunu daha da artıracaq və onların səsi daha çox eşidiləcək. Düzdür, Türkiyənin Tansu Çillər kimi qadın baş naziri olub. İnanıram ki, türk xalqının hələ bundan sonra da belə qadınları olacaq.

Azərbaycana gəldikdə isə deyə bilərəm ki, bu siyasi şəraitdən, vəziyyətdən asılıdır. Buna görə də Azərbaycanda hansısa bir qadının siyasi partiya yaradıb-yaratmayacağını deyə bilmərəm”.

Qeyd edək ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından uzaqlaşdırılandan sonra öz partiyasını quran Meral Akşener 1956-cı ildə İzmitdə dünyaya gəlib.

Azərbaycanın Meral Akşeneri kim olacaq?

1995-ci ildə Doğru Yol Partiyasının (DYP) Qadın Qolları başqanı olan Meral Akşener ilk dəfə Türkiyə parlamentinə seçkilərə elə həmin DYP Kocaeli millət vəkili olaraq məclisə daxil olub. Necmettin Erbakanın rəhbərliyində 1996-cı il 28 iyun tarixində Rifah Partiyası və DYP Koalisiyasının yaratdığı 54-cü Türkiyə hökumətindən Susurluk qəzasına görə istefa verən Mehmet Ağarın vəzifəsini üzərinə götürərək ölkənin ilk daxili işlər naziri olub. 54-cü Türkiyə hökumətinin dağılmasıyla vəzifə müddəti 1997-ci ilin 30 iyununda başa çatıb.

1999-cu ildəki parlament seçkilərinə qatılaraq DYP İstanbul millət vəkili olaraq yenidən məclisə gəlib. 2002-ci il seçkilərində isə yetərincə səs toplaya bilmədiyindən Türkiyə Böyük Millət Məclisindən (TBMM) kənarda qalıb. 2001-ci ildə DYP-dən istefa verib və yeni partiya yaratmaq üzrə olduğunu açıqlayıb. Ancaq bir müddət sonra “Milli fikir xəttini davam etdirirlər” deyərək xəyal qırıqlığı yaşadığını bildirib və yenilikçi hərəkatdan ayrılaraq 2001-ci ildə Milliyyətçi Hərəkat Partiyasına (MHP) qatılıb. 2007-ci ildə isə seçkilərdə iştirak edərək MHP İstanbul millət vəkili olaraq məclisə geri dönüb. TBMM-də Türkiyə-Çin Parlamentlərarası Dostluq Qrupunun üzvü olub. 2011 və 2015-ci il iyun seçkilərində isə təkrar MHP İstanbul millət vəkili kimi məclisdə yerini alıb. Ancaq 2015-ci il noyabr seçkilərində partiyasından millət vəkilliyinə namizəd olmadı.

MHP əsasnaməsinin 11-ci maddəsinə görə, 2016-cı ilin sentyabr ayında partiyadan uzaqlaşdırılıb. Səbəb isə 2016-cı il noyabrın 1-də Türkiyədə keçirilən referenaduma qarşı çıxması olmuşdu. “Hayırçı”ların və referendumun ardınca müxalif kəsimin lideri oaln Akşenerin verdiyi açıqlamarın partiyaya zidd olduğunu bildirən MHP onun haqqında qərar çıxarmışdı. Bundan sonra isə Meral Akşener tərəfdaşlarını başına toplayaraq yeni partiya yaradacağı və mübarizəsini bu şəkildə aparacağı barədə açıqlama vermişdi. Və budur, o partiyasını yaratdı və partiyanın qurultayında açıqlamasını verdi: “Mən prezident olacağam!”

Sonda onu da əlavə edək ki, güclü iradəyə sahib olan M.Akşener hətta qatı solçu həyatı yoldaşı Tuncer Akşeneri ülkücü olaraq dəyişdirib. Cütlüyün Fatih adlı bir oğlu var. 2012-ci ildə Beylerbeyi sarayında evlənən oğlunun nikah şahidi Rəcəb Tayyib Ərdoğan olub.

İnterpress.az