“Dəmiryol xəttinin inşasına mane olan qüvvələr heç nəyə nail olmadılar.”backend

“Dəmiryol xəttinin inşasına mane olan qüvvələr heç nəyə nail olmadılar.”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Aznews.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Azərbaycan üçün böyük əhəmiyyətə malik Bakı-Tiflis-Qars dəmiryolu xətti layihəsinin işə düşməsinə münasibətində bildirib. Layihənin iqtisadi və siyasi tərəflərini şərh edən deputat dəmiryol xəttinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib:

\”Layihənin iqtisadi və siyasi tərəfi çox böyükdür. Çünki Avropa ilə Asiyanı birləşdirən layihəyə xarici dövlətlər də çox böyük maraq göstərir. Burada ilk növbədə böyük yükdaşımalardan söhbət gedir. Bu layihənin təkcə tranzitindən Azərbaycana gələn gəlir il ərzində 1 milyard dollara yaxın olacaq. BTQ layihəsinin reallaşması birbaşa olaraq prezident İlham Əliyevin siyasi iradəsi ilə bağlıdır. Çünki sözügedən dəmiryol xəttinin inşasına mane olmağa çalışan həddən artıq qüvvələr var idi. Bununla bağlı ölkəmizə qarşı böyük təhdid və təzyiqlər də edildi. ABŞ senatında belə, bu layihənin çəkilməməsi üçün təkliflər səsləndirilmişdi. Amma Prezident İlham Əliyevin möhkəm iradəsi sayəsində layihə gerçəkləşdi. Azərbaycan dəmiryol xəttinin Gürcüstan ərazisindən keçən hissəsinin inşasına da yardım etdi. Nəhayət ki, bu gün möhtəşəm layihənin açılışıdır. İlkin mərhələdə dəmiryol xətti ilə 1 milyon sərnişin, 6,5 milyon ton yük daşınacaqsa, gələcəkdə dəmiryolu 3 milyon sərnişin və 20 milyon ton yük daşımalıdır\”.

Deputat qeyd edir ki, BTQ-nin siyasi tərəfi də var: \”Birincisi, belə layihələr o ölkədə həyata keçirilir ki, orada stabilliklə bağlı ciddi problem olmasın. Azərbaycanda layihənin gerçəkləşməsi üçün münbit şərait olduğundan xarici dövlətlər də bu xəttin inşasına çox böyük maraq göstərdilər. İkincisi, düşmənimiz olan Ermənistan bu layihədən kənarda qaldı. Baxmayaraq ki, Rusiya tərəfi çox çalışırdı ki , Ermənistan da bu layihədə iştirak etsin. Üçüncüsü isə layihənin işə düşməsi müstəqilliyimiz üçün çox önəmlidir. Çünki belə layihələrdə güc dövlətlərinin marağı da böyükdür. Məsələn, Çin kimi dövlət bu layihədən geniş istifadə edəcək və mallarını Türkiyə vasitəsi ilə Avropaya çatdıracaq. Yənu bu layihə həm iqtisadi, həm də siyası cəhətdən ölkəmiz üçün önəmlidir.\”

Qeyd edək ki, Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu lahiyəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən, Gürcüstanın Tiflis və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə çatır. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək.

İnterpress.az