“Ermənistan “dəmir döyüşdə” Azərbaycana məğlub oldu” – BTQ layihəsinə reaksiyabackend

“Ermənistan “dəmir döyüşdə” Azərbaycana məğlub oldu” – BTQ layihəsinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu AzNews.az-a millət vəkili Zahid Oruc Bakı-Tiflis-Qars dəmiryol xəttinin işə düşməsinə münasibət bildirərkən deyib. Ermənistanın bu layihədən kənar qalmasına diqqət çəkən millət vəkili qeyd edir ki, Ermənistan mediası bu möhtəşəm layihəni inqilab kimi qiymətləndirir, hətta Gürcüstan ərazisində yükdaşımalara qoşula biləcəklərinə absurd ümidlər bəsləyirlər:

\”Birinci Qarabağ savaşında qazanan dövlət bu möhtəşəm layihəni tamaşaçı kimi seyr etməkdədir. Onlar guya zənn edirlər ki, bu prosesdə iştirak edəcəklər, Gürcüstanda hansısa yükdaşımalara qoşula biləcəklər. Amma özlərinə də bəllidir ki, xəttin istismarı ilə bağlı Gürcüstanda idarəçilik rəsmi Bakının ixtiyarında olacaq. Ortada dövlətlər arası müqavilələr var. Ona görə də hesab edirəm ki, bunu Ermənistan əleyhinə \”dəmir döyüş\” də adlandırmaq olar. Çünki neft siyasətinin fonunda onlar doğrudan da ziyan çəkdilər. Mən yaxşı xatırlayıram Serj Sarkisyan xülyasını növbəti dəfə ifadə edərək \”bu layihəni niyə Qarabağdan keçirmirlər?\” demişdi. İndiki reallıqda Azərbaycan Ermənistana növbəti dəfə ağır zərbə vurmağı bacardı\”.

Millət vəkili qeyd edir ki, BTQ layihəsi 2007-ci ildə bir təşəbbüs kimi meydana çıxanda müxtəlif qüvvələr tərəfindən ölkəmizə təzyiq və təhdidlər edilib. ABŞ hansısa səbəblərdən bu layihəni alqışlamayıb. Hətta müxtəlif beynəlxalq qurumların bu layihəyə vəsait ayırmasına maneçilik də törədilib:

\”Bu məsələ gündəmə gələndən dərhal sonra İran-Ermənistan və Ermənistan-Rusiya dəmir yol xətlərinin işə düşməsi ilə bağlı ilkin hazırlıqlara başlanıldı. Məqsəd başa düşülən idi. Onlar Azərbaycanın siyasi iradəsini sındırmaq, prosesi əngəlləmək üçün hər cür təxribatlara əl atırdılar. Ancaq 2009-cu ildən kreditlərin ayrılmasına, ilkin təməlin qoyulmasına rəğmən, Tehran və İrəvan arasında nə qədər təşəbbüs etdilərsə də, proses ölü nöqtədən tərpənmədi. Çünki hamı bilirdi ki, Ermənistanın məruz qaldığı təcrid olunmuş vəziyyət fonunda qlobal transmilli layihələri onun üzərindən həyata keçirmək mümkün olmayacaq. Hara gedəcəkdi?Sonunda buna Türkiyə qoşulmalıdır axı. Təbii ki, onları dəmiryolu deyil, hansısa tarixi saxtakarlıq üzərində mənfəət maraqlandırırdı və bu niyyət də uğursuzluğa düçar oldu\”.

Zahid Oruc bildirir ki, çətin mübarizədən qalib çıxan Azərbaycan prezidenti dünən açılışını etdiyi layihə ilə ölkəmizin müstəqillik təməlinə daha möhkəm bəndlər qoydu. Güclü siyasi iradə sərgiləyən prezident İlham Əliyevin sayəsində bu layihə gerçəkləşdi və şahidi olduğumuz hadisə bir lider kimi İlham Əliyevin özünün siyasi qələbəsi, Azərbaycan xalqı naminə onun iradəsinin təntənəsidir:

"Ermənistan "dəmir döyüşdə" Azərbaycana məğlub oldu" - BTQ layihəsinə reaksiya

\” Mənbəyini Bakıdan götürən \”Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəməri\”, \”Bakı-Tiflis-Qars\”, \”TANAP\” və \”TAP\” layihələri Bakını əsas nüvə mərkəzinə çevirir. Bakının regional, beynəlxalq əhəmiyyətini artırır. Çünki Azərbaycan tərəfi bu illər ərzində müharibəni yalnız səngərdə aparmır. Ermənistan əleyhinə hər bir təşəbbüs mühüm rol oynayır. Ona görə də dünən şahidlik etdiyimiz mərasim ölkəmiz üçün qarşıdakı dönəmdə böyük iqtisadi gəlirlərlə bərabər, Azərbaycanı Türkiyəyə daha da artıq bağlayacaq. Bu ölkələr üzrə hərbi, siyasi, iqtisadi müttəfiqlik güclənəcəkdir\”.

İnterpress.az