Hesabatda bildirilr ki, bir il ərzində Avropa İttifaqında istifadə olunan mikrodalalı sobalar bir dəqiqədə 6,8 milyon avtomobilin ixrac etdiyi qədər dioksid karbohidrogen istehsal edir. Yəni 7,7 milyon ton. Bu qədər yüksək göstəricinin bir dəqiqədə olmasını nəzərə alsaq miktrodalğalı sobalar ətraf mühitə və qlobal istiləşməyə kəskin təsir edir.
Həmçinin mikrodalğalı sobaların eneri effektivliyi çox aşağı səviyyədə olması ilə də ətraf mühitə ziyan vurur. Yəni mikrodalğalı sobalar 3 böyük qaz elektrik stansiyasının işlətdiyi elektrik qədər elektrik sərfiyyatına yol verir.
Bu cihazların utilizasiyası da böyük problemə çevrilib. Doktor Alexandro Şmidt bildirib ki, indi istehlakçılar işlətdikləri məhsul köhnəlmədən yeni nəsil məhsul almağa üstünlük veririlər. Bu bir növ status və nüfuz yarışına çevrilib. Nəticədə atılmış texnoloji avadanlıqlar digər tullantılar arasında liderlik edirlər. Elektrik enerjisinə qənaət etmək üçün mikrodalğalı sobaları istifadə etdikdən sonra elektrik şəbəkəsindən ayırmaq lazımdır. Əks halda, ay sonunda elektrik sərfiyyatına görə borcunuz sizi heyrətləndurəcək.
Yemək qızdırmaq üçün istifadə edilən mikrodalğalı sobadan 1947-ci ildən isitafədə edilir. Onun iş qaydası belədir: Elektromaqnit dalğalarının enerjisi yeməyin hissəciklərini hərəkətə gətirir və hissəciklərin bir-birilərinə sürtünməsi nəticəsində istilik yaranır və bununla da cihazın öz qabı deyil, qida maddələri qızmağa başlayır.
Mikrodalğalı sobalar insan orqanizminin enerjisini molekulyar səviyyədə dəyişdirir. Tədqiqatçılar suyu mikrodalğalı sobada qaynamazdan əvvəl və sonra analiz ediblər. Məlum olub ki, elektromaqnit dalğaları sudakı molekulların strukturunu dəyişdirir. Orqanızmimizin suya tələbatını və böyük hissəsinin sudan ibarət olduğunu nəzərə alsaq, molekulyar səviyyədə dəyişimə uğradığımızı deyə bilərik. Daha bir qeyd: Güclü radiasiya da insanın genetikiasında və DNT quruluşunda dəyişiklik yaradaraq təhlükəyə səbəb olur.
Beləliklə, mikrodalğalı sobaların ziyanlı olub-olmaması barədə rəyə gəlməyinizi sizin özünüzə həvalə edirik. Sizcə, ziyanlıdırmı? (bizim yol)
İnterpress.az