Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “Gənclər təşkilatları üçün media çağırışları” layihəsinə start verilib.
İnterpress.az xəbər verir ki, Gənclər təşkilatları təmsilçilərinin iştirakı ilə baş tutan ilk görüşün qonağı “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvü, jurnalist İsmayıl Yaşaroğlu olub.
“Qısamertajlı videoların dili ilə XXI əsrin informasiya çağırışları” mövzusunda keçirilən görüş zamanı müasir dövrün media trendləri, gənclərin informasiya mübarizəsində rolu kimi mövzular müzakirə edilib.
Tədbirdə eyni zamanda iştirakçıların sualları cavablandırılıb.