Tez-tez baş verən AVTOBUS QƏZALARI – SƏBƏBLƏR – Ekspert AÇIQLADIbackend

Tez-tez baş verən AVTOBUS QƏZALARI – SƏBƏBLƏR – Ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtobuslarla bağlı vəziyyətimiz heç də yaxşı deyil, çünki sürücülərimizin peşəkarlığı ilə bağlı hərədə ciddi problemlərimiz var. Sürücülərə normal təminat, maddi təminat olmadığına görə peşəkar sürücülər xaricə üst tutur, xüsusən də Polşaya kütləvi axın var. Çünki Azərbaycanda onlar 800, maksimum 1000 manat  maaş alırsa, Polşada 3000-4000 manat və bundan da yuxarı məblərdə qazanc əldə edirlər.

Bu fikirləri tez-tez baş verən avtobus qəzaları və baş vermə səbəblərindən danışan nəqliyyat eksperti Elməddin Murad İnterpress.az-a açıqlamasında səsləndirib.

O bildirib ki, yüksək maaşa görə peşəkar sürücülər xaricə üz tutduğundan, qeyri-peşəkar, qayda-qanuna riayət etməyən sürücülər işə götürülür.

“Maaşa görə onlar xaricə üz tuturlar və bizə də qalan əksər hallarda intizamsız sürüclər olur. Bununla bağlı bir daha düşünmək lazımdır. Adiyyəti qurumlar mənim bildiyim qədəri ilə müəyyən planlar işləyib hazırlayırlar. Xüsusən də sürüclərin maddi təminatı ilə bağlı şirkətlər qarşısına bir öhdəlik qoyur.

Şirkətlər onların maddi təminatını yüksək səviyyədə saxlayırlar ki, o sürücülər başqa-başqa ölkələrə üz tutmasınlar və burada normal təminatları olsun.

Bunlar hələ ki, müzakirə olunur. Demirəm ki, üç günə, beş günə hər şey yaxşı olacaq. Amma ümumilikdə bu məsələ öz həllini tapdıqca, o problemlər də aradan qalxacaq.

Yəni sürücü qeyri-peşəkardır, biz də onun başını sığallamalıyıq deyə bir anlayış yoxdur. İstənilən halda hər bir sürücü sükan arxasında öz məsuliyyətini dərk etməlidir. İstər şəxsi avtomobil sürücüsü olsun, istər ictimai nəqliyyat sürücüsü olsun, məsuliyyətini dərk etməli və buna uyğun davranmalıdır. Əks təqdirdə barəsində müvafiq tədbirlər görülməlidir.

Kameralar quraşdırılır, avtobuslara, sürüclərin iş və istirahat rejiminə, iş prosesinə nəzarət olunur. Yəni kamera vasitəsilə sükan arxasındakı davranışları nəzarətdə saxlayırlar. Hər bir halda bunlar da bir təsir edici mexanizmdir, amma görünür ki, daha sərt tədbirlərə ehtiyac var”, – ekspert vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az