Tanınmış iş adamı vəfat edib.
İnterpress.az xəbər verir ki, Türkiyənin və Azərbaycanın tanınmış iş adamı, əslən qardaş Türkiyənin Urfa şəhərindən olan xeyriyyəçi Tahir Can uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Tanınmış iş adamı məhrum Tahir Canın vəfatı ilə bağlı Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı, Azərbaycan-Türk Qadınlar Birliyinin və Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB-nin sədri Toğrul Allahverdili, “Vətəninfo” İnformasiya Agentliyinin rəhbəri Nahid Canbaxışlı və Azərbaycanın bir çox ictimai, siyasi xadimləri Tahir bəyin vəfatı ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir:
İnsanlığ namimə əlindən gələn heç nəyi əsirgəməyən dəyərli dostumuz Tahir Canın qəfil vəfatı xəbəri bizləri dərindən sarsıdıb. Məhrum Tahir bəyin ailə üzvlərinə və bütün doğmalarına, onu sevən bütün həmyerlilərinə və dostlarına dərin hüznlə başsağlığı verir və onlara səbir diləyirik.
Məhrum Tahir bəyin işıqlı xatirəsi hər birimizin qəlbində daim yaşayacaqdır. Məhrum Tahir bəy onu tanıyanların qəlbində həqiqi bir vətənpərvər, parlaq bir işıq, nəcib, xeyirxah, mərhəmətli bir insan kimi qalacaq.
Allah rəhmət eləsin!