“Azad” adı altında gizlənən “Soros mediası…” – ŞƏRHbackend

“Azad” adı altında gizlənən “Soros mediası…” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Azərbaycanda fəaliyyət göstərən daha bir qrant mediası çökdürüldü.

Dünən “Meydan TV”-nin bir neçə əməkdaşı saxlanılıb. Onlar qaçaqmalçılıq, ölkəyə qeyri-qanuni xarici valyuta gətirməkdə ittiham edilirlər.

Elə dünən ilkin olaraq Ramin Deko (Cəbrayılzadə)-nun saxlanılması xəbəri rəsmi dairələrdə öz təsdiqini tapdı. Həm də ölkəyə giriş edərkən. Hansı ölkədən qayıdarkən saxlanıldığını özünüz də təxmin edə bilərsiniz. Bəli, Gürcüstandan. Yenə və yenə Gürcüstandan… Son dövrlərdə ölkəyə qeyri-qanuni pul məzənnəsi gətirərkən saxlanılan digər həmkarlarımız kimi. Əslində onlara həmkar yazmağa da adamın dili gəlmir. Jurnalist azad olmalıdır. Xarici dairələrdən maaliyyələşmək azad jurnalistika deyil. Heç jurnalistika da deyil.

Biz bunlara qısaca “Soros mediası” deyək. Hər kəsi adı ilə çağırmaq lazımdır. Son həbs dalğasında çox maraqlı nüans var. İstər “Meydan TV” işində, istərsə də “Abzas TV” və “Obyektiv TV” işində də həbslər əməkdaşlardan birinin Gürcüstandan Azərbaycana qeyri-qanuni pul məzənnəsi, xarici valyuta gətirməsi ilə başlayıb.

“Sorosun və digər anti-Azərbaycan qüvvələrin Gürcüstanla nə əlaqəsi var?”, deyə soruşa bilərsiniz. Bəli, var. Son vaxtlar Gürcüstan Azərbaycana qarşı təbliğat məkanı olmağa başlayıb. Hələ dünyanın diqqət mərkəzində olduğumuz COP29 vaxtı Avropanın ölkəmiz haqqında bəh-bəhlə danışması bu anti-Azərbaycan ünsürlərini narahat etdiyi üçün Gürcüstan kartını dövriyyəyə buraxaraq anti-milli lezbiyan bloqerlərin yürüşünü təşkil etmişdilər. Həmin aksiyada zaman-zaman Azərbaycanı arxadan vurmağa hazır olan fəallar – Vəfa Nağı və digər LGBT tərəfdarları, sözdə “azad fəallar” iştirak edərək Azərbaycana qarşı müxtəlif şüarlar səsləndirib, Ermənistana açıq dəstək vermişdilər. Təbii ki, məkan olaraq Gürcüstanın seçilməsi də təsadüfi deyildi.

Elə həmin qüvvələr eyni canlı oyuncaqları Gürcüstan küçələrinə salmışdılar. Bu qüvvələr müxtəlif zamanlarda Azərbaycanda feminizm aksiyası adı altında LGBT fəallarının, geylərin, lezbiyanların aktiv fəaliyyəti üçün xeyli aksiyalar təşkil etmiş, onları xalqın arasına soxmağa çalışaraq milli mentalitetimizə zərər vurmağa cəhd etmişdilər. Hüquq mühafizə orqanlarının ayıq sayıqlığı nəticəsində bu fəaliyyətlər bir növ iflasa uğradığı üçün onlardan əllərini üzmək məcburiyyətində qaldılar. Amma Soros təşkilatının alternativləri çoxdur və heç vaxt ölkəmizi öz içimizdə olan düşmənlərimizin əli ilə vurmaqdan əl çəkməyəcəkləri məlum idi.

Söz sözü çəkər deyiblər, elə LGBT fəallarının aktiv fəaliyyətindən danışmışkən xatırladaq ki, hazırda həbs edilən “Meydan TV” əməkdaşları elə həmin qüvvələrin ölkəmizdə dəfələrlə təşkil etdiyi feminizm aksiyalarında elə həmin LGBT fəalları ilə birlikdə media nümayəndələri kimi deyil, aksiya iştırakçıları kimi iştirak etmişdilər. Məsələn Aytac Tapdıq, Aysel Umudova, aylar öncə həbs edilən Sevinc Vaqifqızı, Nərgiz Abutalıbova və digərləri. Bunları qarşılaşdırdıqda mətnimizin mahiyyətinin nə qədər doğru və səlis olduğu üzə çıxır, çünki daşlar yerinə tam oturur.

Ümumiyyətlə, Gürcüstan son vaxtlar müxtəlif dairələrin idarə etdiyi meydana çevrilib. Son hadisələr də bir daha sübut edir ki, müxtəlif dairələr, kənardan idarə edilən əllər ölkəni öz məqsədləri üçün istifadə etdikləri meydana çeviriblər. Ona görə də Azərbaycanda fəaliyyət göstərən qeyri-qanuni media orqanları vaxtaşırı qonşu Gürcüstan vasitəsilə Soros fondunun onlara ayırdığı qrantları əldə edirlər. Amma bir şeyi unudurlar ki, Dövlət Sərhəd Xidməti ölkənin sərhədlərini elə qoruyur ki, ölkəyə qanunsuz ağ kağız belə keçirmək mümkün deyil.

Elə digər media orqanlarının da ölkəyə qanunsuz pul məzənnəsi keçirərkən həbs edilmələri “Meydan TV”-yə dərs olmadı ki, eyni vasitəyə əl ataraq ölkəyə qrant pullarını bu dəfə Ramin Deko vasitəsilə gətirməyə cəhd etdilər. Eybi yox, bu dəfəki həbslər hələ də qrantlar hesabına ölkəmizdə, burnumuzun dibində anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan digər qanunsuz medialara dərs olar. Amma heç şübhəsiz ki, ölkəmizin qanunlarından onlar da qaça bilməyəcək və hər biri hansısa yolla ifşa olunacaqlar.

Bu arada, bu gün daha bir gənc fəal, COP29 vaxtı ağalarının göstərişi ilə təkadamlıq aksiya keçirməyə cəhd edən və elə tədbirdəki həmyaşıdlarından lazimi cavabı alan Kamran Məmmədli də həbs edildi. Elə o da bir neçə gün öncə Gürcüstana keçmək istəyərkən ölkədən çıxış qadağası olduğunu öyrənib. Eyni ölkə, eyni məkan, eyni xətt üzrə fəaliyyət göstərən “ünsürlər”. Hələ də bunun təsadüf olduğunu düşünürsünüzsə, ya çox safsınız, ya da savadsız…

Əlqərəz, indi isə “Meydan TV” və ya mənim dilimlə desək, “Şeytan TV”-nin digər əməkdaşlarının hansı yolla qrant aldıqlarını izləyək. Və ən əsası, azərbaycanlı olaq. Özümüz havasını udduğumuz, çörəyini yediyimiz, doğuşdan indiyəcən müqəddəs və şəhid qanları ilə yoğrulmuş ayaq qoyduğumuz o torpağa xainlik etməyək, edənləri də elə öz əllərimizlə ölkəmizin hüququna təslim edək. Vətənə xidmət tək silahla olmur cənablar…

Toğrul Allahverdili

Siyasi şərhçi