Təsadüfi deyildi ki, Dovos görüşündə İlham Əliyev Pakistan haqqında səsləndirdiyi bu fikir dünyanın diqqət mərkəzinə düşdü: “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir”. Bu gün bu dostluğ Bakıda keçirilən görüşlərdəki baş nazir və Azərbaycan Respublikası Prezidenti arasındakı səmimiyyətlə ən yüksək həddinə çatdığının göstəricisidir desək, yanılmarıq.
Bu sözləri İnterpress.az-a açıqlamasında QHT sədri, siyasi şərhçi Toğrul Allahverdili Pakistanın baş naziri Məhəmməd Şahbaz Şerifin ölkəmizə səfərini şərh edərkən bildirib.
Azərbaycan-Pakistan münasibətlərinin kökləri hələ müstəqilliyimizin ilk ilinə, hətta ilk günlərinə gedib çıxır. Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr mövcuddur. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə olmuşdur.
Bir il sonra Bakıda açılan Pakistanın daimi nümayəndəliyi müstəqil Azərbaycanın ilk xarici nümayəndəliyindən biri kimi tarixə düşmüşdür. Bir qədər sonra, daha dəqiq desək, bundan 5 il sonra dost, qardaş Pakistanda Bakının daimi nümayəndəliyi öz işinə başlamışdır. Ulu Öndər Heydər Əliyev zaman-zaman Pakistanla Azərbaycan arasındakı qardaşlıq münasibətini istər hərbi, istər iqtisadi cəhətdən uğurla inkişaf etdirmiş, bu münasibətlərin dayanıqlığı günümüzə qədər gəlib çıxmışdır.
Ulu öndər Heydər Əliyevin vaxtında, hələ 1996-cı ildə o Pakistanda rəsmi səfərdə oldu. O vaxt 9 sənəd, müqavilə imzalanmış, bu müqavilələrdən ən vacibi isə hərbi hava qüvvələri istiqamətindədir. Həm döyüş həm təlim üçün nəzərdə tutulmuş super müasir təyyarələrin mübadiləsi hərbi sahədə qardaşlıq nümanəsi idi.
Təsadüfi deyil ki, Vətən Müharibəsi zamanı da Pakistan dövləti, eləcə də xalqı sonadək Azərbaycana öz dəstəyini göstərmiş, verdikləri bəyanatlar və dəstək mesajları ilə torpaqlarımızın azadlığı uğrunda apardığımız mübarizədə bizimlə həmrəy olduqlarını bildirmişdir.
Azərbaycan dostlarına qarşı hər zaman sadiqdir. Bu günlərdə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şerifin Azərbaycana diplomatik səfəri çərçivəsində keçirdiyi görüşlər və bu görüşlərdə Azərbaycanın dost ölkəyə qarşı göstərdiyi diqqət bunun bariz sübutu, nümunəsidir. Bu gün keçirilən Azərbaycan-Pakistan biznes forumunda Pakistan baş nazirinin verdiyi açıqlama diqqət mərkəzindədir. Baş nazir Pakistan Ticarət Palatasının nümayəndəliyinin Bakıda təsis ediləcəyini bildirməklə iki ölkə arasındakı münasibətlərin daha sıx, daha yaxın olacağının mesajını verdi.
Pakistan baş naziri dünən Ali Baş Komandan, Cənab prezident İlham Əliyevlə görüşündə bir çox vacib məsələlərə toxunuldu, bir neçə sənəd mübadiləsi aparıldı. Xüsusilə də neft sektorunda birgə fəaliyyət iki ölkə arasında dostluğun möhkəmləndirilməsi üçün xüsusi önəm daşıyır.
Ölkə rəhbəri də Pakistan-Azərbaycan dostluğunun dayanıqlığı haqqında dəfələrlə səsləndirib. Təsadüfi deyildi ki, Dovos görüşündə İlham Əliyev Pakistan haqqında səsləndirdiyi bu fikir dünyanın diqqət mərkəzinə düşdü: “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir”. Bu gün bu dostluğ Bakıda keçirilən görüşlərdəki baş nazir və Azərbaycan Respublikası Prezidenti arasındakı səmimiyyətlə ən yüksək həddinə çatdığının göstəricisidir desək yanılmarıq.
Bu gün tam əminliklə deyə bilərik ki, Pakistan Azərbaycanın dostu ilə dost, düşməni ilə düşməndir. Bu danılmaz həqiqətdir ki, hələ də nə Pakistanda Ermənistanın səfirliyi nə də Ermənistanın Pakistanda səfirliyi yoxdur. Bu bir qardaşlıq, dostluq mesajıdır və bu 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində qazanılmış qardaşlıq hər daim davam edəcəkdir. Bu qardaşlığı heç kim, heç vaxt poza bilməz.
Yaşasın Azərbaycan Pakistan dostluğu!
İnterpress.az