Yumurtalığı dondurulan qadın dünyaya övlad gətirdibackend

Yumurtalığı dondurulan qadın dünyaya övlad gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, 24 yaşlı bu qadının, bənzəri proses və əməliyyatı yaşadıqdan sonra, dünyaya uşaq gətirən ilk qadın olduğu düşünülür.
Londonun Portland ərazisində özəl xəstəxanada oğlunu dünyaya gətirən Moaza Əl Matruşi, BBC-yə deyib: \”Bu möcüzədir.\”
\”Bu nəticəni – sağlam övladı uzun zamandır gözləyirdik.\”

Onun ginekoloqu Sara Matthews, bildirib ki, ailənin adına və əməliyyat başqaları üçün ümid yaratdığına görə çox sevinclidir.
\”Bu, irəliyə atılmış böyük bir addımdır. Bizə bəllidir ki, yumurtalıq toxuması transplantasiyası daha yaşlı qadınlarda alınır, lakin bir uşağın toxumasını çıxarıb, dondurub və yenidən bərpa etməyin mümkünlüyündən xəbərsiz idik.\”

Həkimlərə görə bu, xərçəngə qarşı, qan və ya immunitet pozuqluğu üçün müalicə nəticəsində analıqdan məhrum olma riskli qız və gənc qadınlara ümid verəcək.
Dubaydan olan Moaza Əl Matruşi, qarşısı alınmazsa, ölüm ilə nəticələnə bilən genetik qan pozuqluğu olan beta talassemiya ilə doğulub.

Londonda yerləşən Great Ormond Street Xəstəxanasında qardaşından ilik nəqli olunmalı Moaza-ya, əməliyyatdan öncə kimyaterapiya lazım idi. Bu isə onun yumurtalıqlarını zədələyəcəkdi.

Buna görə də müalicədən öncə 9 yaşlı Moazanın sağ yumurtalığı Lids şəhərində əməliyyatla çıxarılır və toxuma dondurulur.
Onun yumurtalıq toxumasının qırıntıları maye azot altında qorunmamışdan öncə, kiryo-qoruyucu maddələrdə qarışdırılıb və tədricən enən temperaturla mənfi 196 selsi dərəcə soyuqluğa çatdırılıb.
Keçən il Danimarkada cərrahlar, beş lentvari yumurtalıq toxumasının dördünü Moazanın sıradan çıxmış sol yumurtalığına, qalan birini isə uşaqlığının bir hissəsinə yerləşdiriblər.

Yumurtalığı dondurulan qadın dünyaya övlad gətirdi

Moaza menopoz yaşayırdı. Lakin nəqldən sonra, onun hormon səviyyəsi normallaşıb, ovulyasiya prosesi yaranıb və hamilə qalmaq üçün bədən bərpa olunub.
Hamilə qalmaq şanslarını yüksəltmək üçün Moaza və əri Əhmədə, süni mayalanma üsulu məsləhət görülüb.
Götürülən səkkiz yumurtadan üç embrion yaranıb və onlardan ikisi bu ilin əvvəli implantasiya edilib.

Moaza deyib: \”Mən həmişə ana olacağıma inanırdım.\”
\”Ümidimi heç zaman üzmürdüm və indi övladım var – mükəmməl hissdir.\”
O, həmçinin anasına təşəkkür edib. Çünki, yumurtalıq toxumasının dondurlması fikri anasına aid olub. Beləliklə o, qızının gələcəkdə ailə qura bilməsini təmin edib.
Dr Sara Matthews deyib: \”Yumurtalıq toxumalarının yenidən bərpasından üç ay keçən müddət ərzində Moaza, menpozdan çıxaraq müntəzəm aybaşı olmağa başlayıb.\”

\”O, 20 yaşlarında normal yumurtalıq funksiyasına malik qadına çevrilib.\”
Yumurtalığın dondurulması prosesini Lids Universitetinin yenidən uşaq doğma və erkən inkişaf bölməsinin professoru Helen Picton həyata keçiribmiş.
O söyləyib: \”Bu inanılmaz həvəsləndirici nəticədir. Moazanı pioner adlandırmaq olar. O, 2001-ci ildə bu prosesi edən ilk xəstələrdən biridir və qorunan yumurtalıq toxuması əməliyyatı ilə dünyaya uşaq gətirən ilk qadındır.\”

Yumurtalığı dondurulan qadın dünyaya övlad gətirdi

\”Dünya üzrə 60 uşaq, yumurtalığı sonradan bərpa olunan qadın tərəfindən doğulub. Lakin Moaza, beta talassemiya müalicəsi səbəbi ilə həddi buluğa çatmayan qızın dondurulmuş toxumaları ilə dünyaya uşaq gətirən ilk qadındır.\”
Lids tədqiqatçıları yumurtalıq toxuması dondurlması üzrə həmişə öndə gediblər.
1999-cu ildə Lidsli alimlər, dünyanın ilk dondurulmuş yumurtalıq toxumasının nəqlinə imza atıblar.

Professor Picton bildirib ki, təkcə Avropada bir neçə min qız və cavan qadın yumurtalıq toxumalarını dondurub.
Bu adətən, hər ikisinin yumurtalıqları zədələməklə nəticələnediyi kimyaterapiya və ya radioterapiya müalicəsindən əvvəl olunur.
Moazanın bir embrion və iki yumurtalıq toxuması hələ də qorunur.

O, gələcəkdə yenidən dünyaya uşaq gətirməyi düşündüyünü deyib.
Bu ilin əvvəlində edinburqlu xərçəng xəstəsi, Britaniyada dondurulmuş yumurtalıq toxumasının transplantasiyası nəticəsində uşaq dünyaya gətirən ilk qadın olub.
Təbii yolla mayalanan qadın, anonim qalmağa üstünlük verib.

Keçən il isə Belçikada 13 yaşında yumurtalıq toxuması dondurulan qadın övlad sahibi olub.
Moazadan fərqli olaraq yumurtalığı götürülərkən o, həddi buluğa çatıbmış.
2004-cü ildə Belçikada öz yumurtalıq toxumasının nəqli nəticəsində övlad sahibi olan qadın dünyada ilkdir.

İnterpress.az