Lapşinin məhkəməsi fevralın sonunda baş tuta bilərbackend

Lapşinin məhkəməsi fevralın sonunda baş tuta bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı vəziyyət erməni diplomatiyasının uğursuzluqlarının göz qabağında olduğunu göstərdi”.

Bunu erməni politoloq Karen Koçaryan erməni mətbuatına açıqlamasında deyib. “Gəlin baxaq görək, bizdə səfir kimlər olur? Bunlar keçmiş deputatlardır: siyasi meydandan gedən və ”diplomat\” olanlar. Onlar nə peşəkar, nə də diplomatik korpusun nümayəndələri deyillər\”, – deyə o bildirib. (“Report”) Politoloq hesab edir ki, Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası ilə bağlı vəziyyət MDB-də ermənipərəst ölkələrin sayının azalmaqda olduğunu göstərdi və onun fikrincə, bunda erməni xarici siyasət idarəsinin də günahı var. “Lapşin məsələsinin Ermənistanın işi olmamasına dair iddialar düzgün deyil. Hazırda hər şey siyasiləşib. Və sabah Qazaxıstan da Belarusun yolu ilə gedə bilər” – deyə o əlavə edib.

Öz növbəsində blogger və tibbi ekspert Tiqran Koçaryan qeyd edib ki, Ermənistanın Xarici İşlər Nazirliyi, həqiqətən MDB ölkələrində olduqca passivdir. “Axı Lukaşenko anadan Azərbaycan yönlü doğulmayıb. O, tədricən bizim gözümüzün önündə belə olub. Və çox təəssüf ki, bizim XİN bu prosesin qarşısını almaq üçün heç nə etmədi. Bu bir neçə ildə səfirimizin Belarusda nə işlə məşğul olduğu anlaşılmazdır”, – deyə o bildirib.

Erməni tərəfi bu günlərdə “Xalat” adlandırdıqları Belarusdakı səfiri də “yaş yuyub, quru sərir”. Ermənistandakı narahatlıqlar anlaşılandır, işğalçı ölkə yəhudi əsilli, üç ölkənin vətəndaşı olan bloggerin həbsindən sonra xaricdən Qarabağa gəlmək istəyənlərin ehtiyatlanacağından əndişələnir. Ancaq Lapşinin Bakıya ekstradisiyasına Azərbaycanın şimal qonşusundan verilən reaksiya anlaşılan deyil. Düzdür, Lapşin Rusiyanın da vətəndaşıdır, ancaq Moskva həmsədrlik prinsiplərinə uyğun olaraq vətəndaşını işğal altındakı ərazilərə getdiyinə görə özü cəzalandırmalı olduğu halda, onu Bakıdan müdafiə edir. Hansı ki, Kreml üçüncü ildir Xankəndidə girov saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərova anoloji münasibət göstərmir.

Lapşinə gəldikdə, Rusiya dərhal məsələyə nota ilə reaksiya verdi, Moskvanın Bakıdakı elçisi Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdü, bunun ardınca səfirliyin nümayəndələri təcridxanada bloggerlə görüşdülər.

Lapşinin məhkəməsi fevralın sonunda baş tuta bilər

Virtualaz.org xəbər verir ki, fevralın 9-da Rusiya XİN rəsmisi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistlərdən biri Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı Rusiya tərəfinin gördüyü tədbirlərlə maraqlanıb. Zaxarova etiraf edib ki, suala cavab verməkdə çətinlik çəkir, sonra isə jurnalisti məsxərəyə qoyub: “Sevindirici haldır ki, Ermənistan KİV Rusiya-Azərbaycan münasibətlərinə belə qayğı ilə yanaşırlar”. \”Mövzu Rusiya tərəfinin nəzarətindədir\”, – XİN rəsmisi bildirib. “Lakin Ermənistan nümayəndəsi kimi sizə sağ olun deyirəm ki, bu mövzuya belə maraq göstərirsiniz. Sağ olun ki, Rusiya vətəndaşlarının taleyi barədə bizə xatırlatmalar edirsiniz”, – bu sözləri Zaxarova aşkar sarkazmla söyləyib. Amma ümumilikdə görünən budur ki, Rusiya Lapşinin vətəndaşı olduğu digər iki ölkədən, İsrail və Ukraynadan daha çox canfəşanlıq edir. İsrail səfirliyi də bloggerlə maraqlanıb, Lapşinin anası isə bu həftə Bakıya gələcəyini deyib və Azərbaycan prezidentindən oğluna görə üzr istəyib.

Rusiyanın reaksiyalarına rəğmən Bakı təmkinlə prosesi aparmaqda, Lapşinin cəzalandırılması ilə digərlərinə dərs verməkdə israrlıdır. Məlumata görə, fevralın sonlarında bloggerin məhkəməsi başlanacaq və o, Azərbaycan qanunlarını pozduğuna görə mühakimə ediləcək.

“Aleksandr Lapşin məsələsini siyasiləşdirmək lazım deyil”

Lapşinin məhkəməsi fevralın sonunda baş tuta bilər

Bunu isə Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib. N. Məmmədov bildirib ki, bu, dövlətlər arasında hüquqi məsələdir: “Hüquqa xidmət etmək dünya üçün vacib məsələdir. Belə olan halda dövlətlərarası əməkdaşlıq daha səmimi olur. Bu beynəlxalq hüquqda bu öz əksini tapmış məsələdir. Bundan istifadə edərək dövlətlərarası münasibətləri pozmaq meylləri də görünür. Rusiya böyük dövlətdir. Azərbaycanla Rusiya arasında əlaqələr böyük əlaqələridir, böyük tarixi var. Biz bu illər ərzində, 2 əsrdən artıq dövrdə olan proseslərin ən yaxşı təməllərini seçib, iki ölkə arasında əməkdaşlıq qurmuşuq. İki ölkə arasında mehriban dostluq, sıx qonşuluq və strateji tərəfdaşlıq əlaqələri möhkəm təməllər üzərindədir. Bu iki ölkə arasında əlaqələrə zərbə vurmaq mümkün deyil. Həmin ərazilər Azərbaycan ərazisidir. Oraya gələn şəxs Azərbaycanın razılığı ilə səfər etməlidir. Biz icazə verməmişiksə, deməli, bu hüquq pozuntusudur”.

Novruz Məmmədov Dağlıq Qarabağda saxlanılan azərbaycanlı Dilqəm Əsgərovun Rusiya vətəndaşı olduğu halda onun məsələsinin qabardılmaması barədə deyilənlərə münasibət bildirərkən deyib ki, bu, Rusiyanın daxili işidir: “Bizimlə bağlı məsələləri Azərbaycan tərəfi bütün proseslərdə gündəmə gətirir. Bizim öz daxili qaydamız var və bunu həyata keçiririk. Bu məsələni siyasiləşdirməyə çalışanlar, münasibətlərə xələl gətirmək istəyənlər var. Əgər qərəzli olmadıqlarını, ədalətli olduqlarını və beynəlxalq hüquq baxımından bu məsələni qaldırdıqlarını deyirlərsə, o zaman Dilqəm Əsgərov məsələsini də qaldırsınlar. Bütün vətəndaşlara eyni münasibət göstərmək lazımdır. Azərbaycanla Rusiya arasında münasibətlər çox yüksək səviyyədə inkişaf edib, iki ölkə rəhbərləri arasında qarşılıqlı anlaşma, etimad var”.
“Üç ölkənin – Rusiyanın, İsrailin, Ukraynanın vətəndaşı olmaq o zaman mümkün olur ki, həmin ölkələrin xüsusi xidmət orqanları bu məsələdə maraqlı olsunlar”.

Sabiq təhlükəsizlik xidməti zabiti İlham İsmayıl “Yeni Müsavat”a açıqlaması zamanı belə dedi. Onun sözlərinə görə bu ölkələr neytral siyasət deyil, dünya qlobal siyasətinə təsir edən, bəzən müəyyənləşdirən dövlətlərdir, xüsusilə FTX İsrail vətəndaşını “boş buraxası” deyil: “Aleksandr Lapşinin xaraktercə provakator olduğunu qabartsalar da, onun əməlləri daha çox xüsusi olaraq müəyyənləşdirilmiş davranış xəttinə bənzəyir, yəni o, tapşırıq yerinə yetirir. Lapşin azad jurnalist deyil”.

Lapşinin məhkəməsi fevralın sonunda baş tuta bilər

Şimaldakı narahatlıqlara gəldikdə, ekspert qeyd etdi ki, Rusiyanın narahatçılığı Lapşinə görə yox, ölkənin imicinə görədir: “Lapşini tutub təhvil verən Belarusla son vaxtlar yaranan gərginlik, Lukaşenkonun ortaya qoyduğu siyasi iradə Rusiyanı qıcıqlandırır. Rusiya birmənalı olaraq vətəndaşına görə narahat deyil. Belə bir hiss olsaydı, Dilqəm Əsgərovla niyə eyni mövqe nümayiş etdirmirdi? Rusiyanı qıcıqlandıran yəhudi əsilli Lapşinin həbsi ilə bağlı Belarus və Azərbaycanın onunla məsləhətləşmədən atdığı addımlarıdır. İsrail bu məsələdə soyuqqanlı şəkildə diplomatik formallıqları yerinə yetirir, Ukrayna susur. Rusiyanın ambisiyası məlumdur və Ermənistanla dost, bizimlə üzdə münasibət saxlayan olduğu bir daha aydın oldu. CBC telekanalına 10 fevralda müsahibə verən Rusiyanın Azərbaycandakı səfiri Doroxin jurnalistin sualına birmənalı cavab verdi ki, Qarabağ məsələsində Rusiya Ermənistanın yanındadır və bizim haqq işimizi bilirlər, amma ”dünya belə qurulub\” dedi\”.

Bloggeri Kəlbəcər girovları, xüsusilə də Rusiya vətəndaşı Dilqəm Əsgərovla dəyişdirmək perspektivinə gəldikdə, İ.İsmayıl qeyd etdi ki, Lapşini Dilqəm Əsgərovla dəyişməyəcəklər: “Təəssüf ki, reallıq budur. Nə Ermənistan, nə də Rusiya bu dəyişməyə getməyəcək. Rusiyanın bu məsələdə diplomatik təzyiqləri olsa da , burdan o yana keçəsi deyil. Azərbaycan tərəfi hüquqi prosedurları sonadək, yəni məhkəməyədək aparmalıdır, sonra xahişləri nəzərə alıb, minnətlə Lapşini azad etmək olar”.

İnterpress.az