Lakin bu dəfə rəngarəng geyimərdə olmaqlarından fərqli olaraq, bu iştirakçılar siyasi şüarlar da səsləndiriblər.
Günəşli bazar günündə keçirilən paradda uşaq velosipedləri sürən bəzi qadınlar özlərilə itlərini daşıyırdılar. Parad zamanı rusdilli karvanın yanında Bank of America-nın sponsorluq etdiyi platformada göy qurşağı rənglərində papaqlar və üzərində \”uşaqlarda da qürur var\” sözləri yazılan ağ maykalar geyinmiş uşaqlar durmuşdu.
Arxada olan platformada bir qism müsəlman ərəb əlifbası ilə yazılmış plakatları nümayiş edirdi.
Növbəti karvan üzərinə \”silahlara qarşı geylər\” kəliməsi yazılan bayrağı daşıyaraq və \”Dump Trump\” (Trump-ı tulla) şüarını səsləndirərək 5-ci prospektdən keçiblər.
May ayında keçmiş Sovet ölkələrindən gələn geylər və lezbiyanlar özləri üçün Brighton Beach-də (Brighton çimərliyi) xüsusi gey parad keçiriblər.
Bu parad Qazaxıstanda mətbuatın diqqətini cəlb edib, çünki paradda əynində Qazaxıstanın milli geyiminı daşıyan bir gənc əlində ölkənin bayrağını yelləyirdi.
Bazar günü keçirilən gey paradda onu mənə 38-ci küçədə təqdim etdilər. Burda yığılan rusdilli parad iştirakçılarını uzaqdan tanımaq asan idi, çünki onların arasında zümrüdlə bəzənmiş xəz papaq geyinmiş bir eynəkli qadın durmuşdu.
Bir saqqallı kişinin əlində tutduğu plakatda qırmızı damla içərisində rusca \”bizim qanımız eynidir\” yazılmışdı.
Əks tərəfində isə qırmızı damlanını içində ingiliscə \”my blood as good as yours\” (mənim qanım sənin qədər yaxşıdır) yazılmışdı.
\”Yaxşı pisi məğlub edəcək\”
Digər plakatlarda ingilis dilində də şüarlar var idi – \”Rusiyada nifrətə son qoyun\”, \”Növbədə Rusiyadır\”, \”Sevgi sevgidir. Hətta Rusiyada\”. Plakatların biri isə ukrayna dilində idi – \”Yaxşı pisi məğlub edəcək\”.
Rus dilində gördüyüm ən təəccüblü şüarlardan biri \”hər kəsə kifayət qədər kolbasa var\” idi.
May ayında keçirilən paradda özünü diqqət mərkəzində tapan qazaxıstanlı gənc adının Aleksandr olduğunu deyib, amma soyadını açıqlamaqdan çəkinib. Mən onun Brighton Beach-də keçirilən paradda Qazaxıstanın milli bayrağıyla iştirakına verilən reaksiya barədə nə düşündüyünü soruşdum.
\”Əla idi!\”, o mənə dedi.
\”Məncə ümumilikdə Qazaxıstanın KİV-lərində 33 ayrıca məqalə və onlarla min şərhlər olmuşdu. Bunların 30 faizi müsbət olub. Amma 70 faizi əlbəttə ki, bunun əksinə, hər halda müsəlman ölkəsiyik\”, o, əlavə edib.
\”Niyə mən bayrağı daşıyırdım? Mən sadəcə diqqəti xüsusilə Qazaxıstana yönəltmək istəyirdim, çünki hamı əsasən Rusiya barədə danışır, bir az da Ukrayna barədə, amma Qazaxıstan barədə heç kəs danışmır! Orda 16 milyon insan yaşayır. Hər yerdə olduğu kimi böyük LGBT icması var, lakin onlar barədə heç kəs danışmır. Bir müsəlman ölkəsi olmaqla, Ukrayna kimi ölkələrlə müqayisədə LGBT icmasının üzləşdiyi problemlər daha dərindir…orda insanlar hissini içəridə saxlayırlar, ortaya çıxarmırlar, amma orta ailə üzvləri arasında, yaxınlar arasında, iş yoldaşları arasında daxili homofobiya mövcuddur\”.
\”Mən bir də onu deyim ki, bu geyimi mənə Qazaxıstandan dostlarım göndərib. Mən onu burdan almamışam. Bunu mənə LGBT hüquqlarını dəstəkləyən heteroseksual dostlarım göndərib. Ümumiyyətlə hər şey pis deyil. Mən buna nə qədər çox diqqət cəlb edə bilsəm, o qədər də tezliklə insanlar buna öyrəşəcək\”.
\”Cəsarətli qız\”
Onun yanında Qazaxıstanın bayrağını daşıyan iki qız durmuşdu – Aliya və Viktoriya.
\”Biz bunun normal olduğunu göstərmək istəyən gənclərimizi dəstəkləyirik. Bu hər yerdə normal olmalıdır, təki burda yox. Keçən il biz öz bayrağımızı daşımamışdıq, amma sonra gördük ki, bir qız bizim bayraqla çıxmışdı və ona o qədər çox mənfi şərhlər ünvanlanmışdı. O bunu gözləmirdi və o buna (tənqidə) layiq deyildi. Biz onu layiq olmayan təndiqlərin hədəfinə çevrilmiş çox-çox cəsarətli bir qız olduğunu hesab edirik.\”
Aleksandr-ın yanında isə Qazaxıstan bayrağını təsvir edən mayka geyinmiş qara dərili bir oğlan dayanmışdı. Bu keçən il Almatıda ingilis dili dərsləri verən Yamayka əsilli Leroy Terelong idi.
\”Mən bura öz gözlərimlə necə ayrıseçkiliklə üzləşdiklərini gördüyüm qazaxıstanlı dostlarımı dəstəkləmək üçün gəlmişəm\”, o, deyib.
Onların arasında belorusiyalı və hətta türkmənistanlı bir gənc də var idi. O, heç adını vermək istəmədi.
\”Mənim bura gəlmişəm, ona görə ki, məncə artıq ölkəni açmağın vaxtı gəlib, insanlara açmaq vaxtıdır. Siz bildiyiniz kimi bizdə bu hələ də qanunsuzdur. Biz bir daha qanunlarımızı nəzərdən keçirməli və dəyişikliklər etməliyik\”, o deyib.
\”Ən gözəli odur ki, Pride (gey parad) bütün postsovet ölkələrini birləşdirir\”, Gürcüstanın bayrağını daşıyan, adını açıqlamayan, lakin psixoloq olduğunu deyən bir gənc qadın mənə dedi.
Ona Gürcüstanda onun parada ölkənin bayrağıyla gəlməsi insanları narahat etməyəcəkmi sualını verdim.
\”Biz qətiyyən heç kəsin xətrinə dəyməyə çalışmırıq\”, o dedi.
\”Biz sadəcə deyirik ki, biz varıq və biz sizin bir hissənizik, biz sizə hörmət edirik və sizin bizə hörmət etmənizi istəyirik\”.
Kompüter proqramçısı Aleksandr Panjin Litvadan ABŞ-a bir il əvvəl gəlib. O, Ukraynanın bayrağını tutmuşdu.
\”Bu ənənəvi cinsi münasibətlərə əlaqəsi olmayan insanlara dəstəkdir\”, o, deyib.
\”İnsanlar Kreşşatikdə sərbəst şəkildə əl-ələ tuta bimədiyi halda, onlara hansısa əclaflar qaz balonları ilə hücum edəndə… təəssüf ki, bu hazırkı vəziyyətdir. Mən bunu Ukraynada görmək istəməzdim\”.
\”Mən burda ərimləyəm. O, Litvanın bayrağını tutub, mən isə Tacikistanın, mənim ailəmin digər yarısı Tacikistandadır\”, Panjin əlavə edib.
Bu karvanın önündə daşınan bayrağın üstündə bütün keçmiş Sovet respublikalarının adları yazılıb. (bbc)
İnterpress.az