Bir çox hallarda özünü dəyərləndirmə valideynlərin rəftarından, ailədə münasibətlərdən asılıdır və həmçinin müəllimlərin və dostların uşağa olan münasibətindən. Onu necə tərifləyirdilər, nazlayırdılar, özünə əminlik, inam yaradırdılar və ya əksinə incidirdilər, sataşırdılar və ciddi olaraq qəbul etmirdilər. Qoyulmuş özünə qiymətin əsasları, müəyyən yaşa gəlmiş qadın temperamentinə gələcəkdə təsir edir. Məsələn, melanxoliklərdə o ən aşağı, xoleriklərdə — ən qeyri-stabil vəziyyətdə olur. Bəs bu vəziyyətdə nə etmək olar. Gəlin özünü qiymətləndirməyin yolları ilə tanış olaq.
Qadın özünə olan dəyəri necə yüksəldə bilər? 15 faydalı qayda
Həmişə yeniliklərə açıq olun, çalışın hər gün özünüz üçün maksimal maraqlı və idraki nəsə öyrənəsiniz. Yeni imkanlara və həvəslərə “BƏLİ” de! Özündə gözlənilməz hədlər aç, uşaq kimi — canlı və hər bir şeynən maraqlanan ol.
Uğursuzluqlardan və səhvlərdən qorxma. Axı yalnız heç bir şey etməyən insanlar səhv etmir. Həmçinin kömək və ya məsləhət almaq üçün xahiş etməkdən qorxma. Sən dünyada hər şey haqqında bilə bilmirsən və bunda biabırçı heç bir şey yoxdur, əksinə, suallar verərək sən həmsöhbətə öz bilik və bacarıqlarını artırmaq arzusununda olduğunu göstərirsən.
Öz xarici görünüşünün qeydinə qal. İstənilən həyat şəraiti zamanı qadın baxımlı olmalıdır. İdmanla məşğul ol, saç düzümünü dəyişdir, manikür elə və öz qarderobunu yenilə. Öz görünüşünə pul və vaxt sərf edərək, sən yalnız daha çox cəzbedici olmayacaqsan, həm də öz ruhunu bərkidəcəksən.
Öz sağlamlığına lazımlı diqqəti ayır. Unutma ki, xəstəliklərin qarşısını olmaq daha asandır nəinki– uzun müddət və bezikdirici bir surətdə müalicə almaq. Bundan başqa xəstə insanın özünə olan dəyərini qaldırmaq daha çətindir.
Özünü kiçik də olsa uğur qazandığın zaman tərifləməyi unutma. Öz nailiyyətlərini topla, onları hətta yazmaq və vaxtaşırı kitab kimi təkrar oxumaq arzu olunandır.
Özünü dünyanın bütün bədbəxtlikləri üçün ittiham etmə. Sən hər kəsin xoşuna gəlməməlisən, hətta günəşdə də ləkələr var!
Özünə hörmətlə yanaş amma yazığın gəlməsin. Unutma ki, zəif insanlara yazığımız gəlir sən isə güclüsən.
Pis fikirlərdən, qorxudan və pis vərdişlərdən uzaq ol. Praktik olaraq bizim bütün qorxularımız uydurulmuşdur, onlar bizə düzgün qərar qəbul etməyə mane olurlar, şəxsiyyətin inkişafını tormozlayır və hətta onu dağıdırlar. Dünyaya müsbət baxmağa çalış. Həyat çox gözəldir və təəccüblüdür! Əgər sən buna inansan, sən özün dəyişəcəksən.
Qarşına əldə edə bilməyəcəyin hədəflər qoyma, həmçinin özünü başqa uğurlu insanlarla müqayisə etmə. Məyusluqdan və paxıllıqdan başqa bu sənə heç nə verməyəcək. Öz dünənini xatırla və bugünkü günün ilə müqayisə et .Bu dəyişikliklər üçün özünü təriflə.
İstənilən həyat təcrübəsinə minnətdar ol, hətta o sənin üçün neqativ olsa da. Təhlil et, bu sənə nə öyrətdi və nə üçün bu dərs sənə lazımlı idi?
Əgər sən özünü pis hiss edirsənsə— o zaman səndən də pis vəziyyətdə olan birinə kömək et. Ən xırda şeylərdə belə yaxşılıq et, bunu qiymətləndirməsələr belə. Ac pişik balasını yedizdir, qoca qonşuna meyvə al və ya sadəcə onunla hava haqqında söhbət et. Qocalar evinə və ya hansısa ailəyə istifadə etmədiyin əşyalarını ver. Bununla sən yalnız onlara deyil həm də özünə kömək edirsən. Axı yaxşılıq qayıdır.
Əgər sənə təksənsə, özünə pişik və ya it əldə et ( başqa bir canlı da olar).
Çətinliklər qarşısından çəkilmə. Birincisi, istənilən çətinliklər həll olunandır və elə də qorxunc deyillər, necə ki bizə görünür. İkincisi, onların öhdəsindən gələrək, sən yalnız daha güclü, daha müdrik və daha təcrübəli olursan.
Bir işi sonuna kimi başa çatdırmaq vərdişini əldə et. Sonuna çatdırılmamış işlər bizim özümüzə qiymətimizi məhv edir.
Ən vacibi isə özünə qarşı səmimi sevgiylə yanaş. Xatırla ki, sən hər şeyin ən yaxşısına layiqsən! Özünü əzizlə və qiymətləndir. Axı sən ona layiqsən!
İnterpress.az