“Hüseyn Abdullayevlə Rəsul Quliyev müxalifətin namizədi ola bilməyəcəklər”backend

“Hüseyn Abdullayevlə Rəsul Quliyev müxalifətin namizədi ola bilməyəcəklər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəs müxalifət düşərgəsinin adıçəkilən iki simanın bu addımına münasibəti necədir? Dəstək veriləcəkmi?

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, mövqe dəyişikliyinə görə kimsəni ittiham etmək düzgün olmazdı: “Rəsul Quliyev də dünən iqtidarda ola bilər, bu gün müxalifətdə ola bilər, eyni zamanda Hüseyn Abdullayev dünən hakimiyyətin müdafiəçisi idi, bu gün müxalif mövqedə ola bilər. İnsanların bir zamanlar hakimiyyətdə olması, hakimiyyəti müdafiə etməsi, sonra müxalif mövqeyə keçməsi normal bir haldır və insanların hüququ kimi qəbul edilir. O ki qaldı Rəsul Quliyevlə Hüseyn Abdullayevin prezidentliyə namizəd olmaq iddialarına, Azərbaycan Konstitusiyası hər bir 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşına seçkili orqanlara seçkilərdə iştirak etmək, passiv seçki hüququndan istifadə etmək imkanı verir. Hüseyn Abdullayev də, Rəsul Quliyev də Azərbaycan vətəndaşlarıdır. Onların hər ikisi parlament seçkilərində iştirak ediblər. Bu gün də prezident seçkilərinə qatılmaq istəyirlərsə, bu onların bir vətəndaş kimi hüququdur. Biz vətəndaşların bu hüququna müdaxilənin tərəfdarı deyilik.

“Hüseyn Abdullayevlə Rəsul Quliyev müxalifətin namizədi ola bilməyəcəklər”

Adıçəkilən şəxslərdən hər hansı birinin namizədliyi ətrafında müxalifətin təmərküzləşməsinin mümkün olub-olmadığına gəldikdə, Azərbaycan müxalifətinin hazırda bu barədə ciddi bir qərarı, danışıqları yoxdur, bu barədə ciddi bir proses getmir. Amma demokratik seçki keçirilməsi istiqamətində funksional əməkdaşlıq anlayışı ki, var, bunu əksəriyyət qəbul edir.

Funksional əməkdaşlıq blokların yaranmasına, vahid namizədin və bir neçə namizədin ətrafında təmərküzləşməni diktə edəcəksə, buna o dövrdə qiymət veriləcək\”.

“Hüseyn Abdullayevlə Rəsul Quliyev müxalifətin namizədi ola bilməyəcəklər”

VİP sədri Əli Əliyev isə bildirdi ki, adıçəkilən iddiaçıların bölgə mənsubiyyəti həlledici olmasa da, vacib və diqqətçəkən amillərdəndir: “Azərbaycan son 24 ildə əsasən Naxçıvan və Qərbi Azərbaycan insanlarının çoxluq təşkil etdiyi komanda tərəfindən idarə olunur. Düzdür, mərhum prezident Heydər Əliyevdən sonrakı dönəmdə qərbi azərbaycanlılar mövqelərini əsasən itirdilər, amma buna baxmayaraq, təsirləri qalmaqdadır. Əlbəttə ki, kadr potensialı baxımından da imkanları geniş olub. Bütün bunlar qeyri-bərabər şəraitdə baş tutub.

Mənə görə insanların bölgə mənsubiyyəti əsas deyil. Biz millətçi partiyayıq və insanları qabiliyyətinə, intellektinə, zəhmətkeşliyinə görə differensasiya edirik. Lakin təəssüf ki, cəmiyyətimiz siyasi baxımdan maarifsizdir. Aparılan siyasət cəmiyyəti siyasi savadsızlaşdırmaqla yanaşı, illər uzunu yerliçilik ruhunda kökləyib. Bu baxımdan, alternativin digər bölgə nümayəndəsindən irəli sürülməsi daha düzgün yol olar. Alternativ mütləq bütöv Azərbaycanı təmsil etməli, ümummilli tezislərə söykənməli və cəmiyyəti toparlamağı bacarmalıdır. Bu mütləq şərt olmalıdır.

Digər tərəfdən, fikrimcə, namizədlərin üzərində bir zamanlar YAP-a xidmət “kölgə”si olmamalıdır. Mövcud siyasətin ideoloqları, icraçıları, hətta eks olsalar belə, əsas müxalifət fiquru olmamalıdır. Namizədlərin tərkibinə gəldikdə isə deyə bilərəm ki, ilkin mərhələdə namizəd sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu korpusun içində hakimiyyətdən çıxmış, bölgə mənsubiyyətindən asılı olmayaraq kadrların olması, çox yaxşı haldır. Bu mərhələdə nə qədər çox adam hakimiyyətə iddialı olsa, iqtidarı ictimai rəydə zəiflətmək bir o qədər asanlaşacaq. Gələcəkdə bu potensial namizədlərlə fəaliyyətimizin koordinasiyası da faydalı ola biləcəyini düşünürəm\”.

“Hüseyn Abdullayevlə Rəsul Quliyev müxalifətin namizədi ola bilməyəcəklər”

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirdi ki, ən azı normal mübarizə üçün şans olsa müxalifətin vahid namizədlə seçkiyə qatılması doğru olar: “Zənnimcə, müxalifətin vahid namizədi bu hakimiyyətlə əməl və təfəkkür ortaqlığı olmayan, ölkədə hüquqi, demokratik, təminatlı cəmiyyətin qurulmasına intellekti və əqidəsi imkan verən birisi olmalıdır. Müxalifətin namizədinin qalib gəlməsi üçün cəmiyyətin əksəriyyətinin inana biləcəyi, müdafiə edəcəyi bir namizədə ehtiyac var. Rəsul Quliyevlə Hüseyn Abdullayevin göstəriciləri bu tələblərə uyğun gəlmir”.

İnterpress.az