İnterpress.az məlumat verir ki, sahələrdə əsasən xurmanın şişburun, xirnik, karalyok və nəlbəki sortları becərilir. Rusiya bazarlarına ixrac edildiyi üçün rayonda xurmanın şişburun sortu daha çox əkilib.
Fermer Xeyrəddin Məmmədov: “4 hektar xurma bağım var. Bağda 2 min xurma ağacı əkmişəm. 30 tonadək məhsul gözləyirəm. Məhsulu Rusiya bazarlarına çıxaracağam” deyə bildirib.
Xurma ağacı əkildikdən 4-5 il sonra bar verir. Məhsul bolluğu əsasən mövsümdən asılı olur. Ancaq bağa aqrotexniki qulluq da məhsul bolluğunda əhəmiyyət kəsb edir. Xurma xəstəliyə çox nadir hallarda yoluxur və susevən bitkidir. Ona ildə 5-6 dəfə su verilməlidir. Mövsümdən asılı olaraq bir ağacdan 30-40 kiloqram, bəzən daha çox məhsul götürmək mümkündür.
Qeyd edək ki, xurma orqanizm üçün faydalılığı ilə seçilən meyvədir. Tərkibi yodla zəngindir. Mədə-bağırsaq, ürək-damar sisteminin fəaliyyətinə yaxşı təsir edir.
İnterpress.az