Təkcə 2016-cı il ərzində İngiltərədə qonoreya və xlamidioz da daxil 417 min zöhrəvi xəstəlik diaqnozu qoyulub. Zöhrəvi xəstəliklərin gənclər arasında daha çox yayıldığı məlumdur. Prezervativlər belə xəstəliklərin qarşısını alsa da, son sorğulardan 25 yaşdan aşağı şəxslərin az qala yarısının yeni partnyorla əlaqə zamanı bu vasitədən istifadə etmədiyini göstərib.
Zöhrəvi xəstəliklərə diaqnoz qoyulması sahəsində də bir sıra yeniliklər yaranıb. Bunlardan biri də internet üzərindən \”e-STI testing\” adlanan diaqnostika vasitələrinin göndərilməsidir. Bu ləvazimatlar adamlara fərdi qaydada qonoreya, sifilis, HIV və xlamidioz kimi xəstəliklərə tutulub-tutulmadıqlarını müəyyən etmək imkanı verir. Bu ləvazimatlarla yanaşı təlimat qaydaları da verilir. Bu vasitələrlə pasientin özünün götürdüyü nümunələr sonradan diaqnostika üçün göndərilir və cavablar ya SMS, ya da telefon vasitəsi ilə gəlir.
Son araşdırmalar göstərir kİ, belə ləvazimatların bu qaydada çatdırılması analiz vermək istəyənlərin sayını bir xeyli artırıb.
London Gigiyena və Tropik Təbabət Məktəbindən professor Caroline Free deyir ki, \”bu, xəstəliklərin profilaktika və müalicəsi üçün çox yaxşı xəbərdir\”.
Buna baxmayaraq, E-STI testing sxemləri bəzi tənqidlərlə də üzləşib. Bəziləri deyirlər ki, gənclərə zöhrəvi xəstəliklərin profilaktikası sahəsində maarifləndirici xidmətlər göstərməkdənsə, birbaşa diaqnostika vasitələri göndərilir. Lakin əksəriyyət bu qənaətdədir ki, bu üsulla diaqnostika adamların həkimlərə daha cəsarətlə müraciət etməsinə imkan yaradır.
Plos Medicine tibb jurnalında yeni üsulun arxasındakı heyətin üzvləri yazırlar ki, onlar internet üstündən diaqnostika eksperimenti zamanı 2000 könüllünün iştirakından istifadə ediblər. Bunlar 16-30 yaşları arasında olan yeniyetmələr və gənclər idi. Nəticələr təcrübənin aparıldığı rayonlarda diaqnostika faizinin qat-qat yüksəldiyini göstərib.
Təcrübə zamanı iştiraklçıların bir hissəsi diaqnostika analizləri üçün klinikalara dəvət edilmiş, digər hissəsinə isə bunu internet üstündən etmək təklif olunmuşdu. Nəticələrdən məlum olub ki, klinikaya dəvət edilənlərdən yalnız 27 faizi analiz üçün müraciət edib. Bunu internet vasitəsilə edənlər isə 50 faiz olub.
Ekspertlər bildirirlər ki, burada əsas rolu adamların zöhrəvi xəstəliklərlə əlaqədar üzbəüz söhbətlərdən çəkinməsi oynayır. Məhz buna görə də internet vasitəsilə diaqnostika bir çoxlarının ürəyindən olub.
Liverpul şəhərindən cinsi xəstəliklər eksperti, professor Mark Lawton deyib kiI, diaqnostika faizini artıran bütün vasitələr alqışlanmalıdır.
Onun fikrincə, bir çoxları üçün bu ən münasib üsuldur.
İnterpress.az