“İntihar edən hər bir şəxs son anda peşiman olur” – Psixoloqbackend

“İntihar edən hər bir şəxs son anda peşiman olur” – Psixoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, dünyada hər 40 saniyədə bir adam intihar səbəbindən dünyasını dəyişir.

Son günlərin ən ağrılı mövzularından biri kimi intiharı göstərmək olar. İntihar bədbəxt hadisə nəticəsində insanın özünü öldürməsinə deyilir. Artıq intihar insanların yaşadıqları həyatdan yaxa qurtarmaq üçün çıxış yoluna çevrilib. Demək olar ki, hər gün ölkə mətbuatında intihar hadisələrinin baş verdiyi xəbərlərin oxucusuna çevrilirik. Xüsusən, intihar edənlər arasında gənclərin daha çox üstünlük təşkil etdiyi müşahidə olunur. Dini mətnlərdə intihar Tanrının hüzuruna çağırılmamış qonaq qismində getməyə bənzədilir. Çox adi məsələdən depressiyaya məruz qalan şəxslərin ümid yeri kimi kəndirləri, eyvanları, hündürmərtəbəli binaları görmələri artıq onlar üçün çıxış yoluna çevrilib. Bəzən yaşadıqlara məkana, həyat tərzinə adaptasiya oluna bilməyən insanlar cəmiyyətdə öz yerlərini də görə bilmirlər.

Psixoloq Fərqanə Mehmanqızı İnterpress.az-a açıqlamasında bildirib ki, intihar edənlər arasında gənclərin üstünlük təşkil etməsi gənclərin hələ də özünə yer tapa bilməməsindən irəli gəlir: “Onlar özlərini bu həyatda lazımlı hiss etmirlər. Bir də görürsən ki, biri işləmir, yəni, işsizdir və işləmədiyi üçün də özünü lazımsız hesab edir. Misal üçün, həyata baxışının, mövqeyinin olmadığından özgüvəni də azalır. Belə olan təqdirdə insan özünə yer tapa bilmir və depressiyaya düşür. Depressiya da xroniki hal olduqdan sonra intihara meyl yaranır”.

"İntihar edən hər bir şəxs son anda peşiman olur" - PsixoloqPsixoloq hesab edir ki, həyatda sevgi çox önəm daşıyır. Onun szölərinə görə, insanın cisminin qidaya ehtiyacı olduğu kimi, ruhunun da sevgiyə, qayğıya ehtiyacı var: “İnsanlar diqqətsizlikdən, nəvazişdən məhrum olmaqdan şikayətlənirlər. Hətta, insanların bir-birini dinləməməsi belə özgüvənsizliyin göstəricisidir. Misal üçün, bir piramidanı düşünək. Piramidanın bütün pillələri düzgün qoyulmalıdır ki, ona tabe olan digər pillə də düzgün qoyulsun. İnsanın ruhu da belədir. Qayğı, diqqət, sevgi, hörmət, qarşılıqlı anlaşma və s. elə olmalıdır ki, insanlara stimul versin”.

F.Mehmanqızının intihar hadisələrində cəmiyyətin günahkar olduğunu hesab edir: “İnsanların intihar etməsində günahların əksəriyyəti cəmiyyətin də üzərinə düşür. Misal üçün, biri hər hansı səhv edirsə, hamı onun üzərinə düşür və yıxılanı dərhal baltalayırlar. Təbii ki, bu cür əks-hücumdan sonra həmin şəxs depressiyaya düşəcək. Bəzən, deyirlər ki, camaatın fikri mənim üçün önəmli deyil. Xeyr, bu, səhv fikirdir. Kökündən yanlışdır. Məhz bunu pafoslu şəkildə tez-tez deyən insanlar üçün isə əslində, camaat önəmlidir. İnsanların intiharının qarşısının alınması üçün ən böyük məsuliyyər cəmiyyətin üzərinə düşür. Əgər, cəmiyyət yıxılana balta çalmasa, insanların üzərinə düşməsə, diqqət və qayğı göstərsə, belə problemlərin qarşısı ən azından qismən də olsa, alınar”.

Psixoloqun fikrincə, intiharların bir qisminə səbəb kimi onlara tənqid adı ilə ünvanlanan təhqirləri göstərmək olar. Onun sözlərinə gör, tənqidlə təhqir bu gün dəhşətli dərəcədə ayrılmaz bir nəsnəyə çeviriblər: “Bu gün artıq tənqidlə təhqiri ayıra bilmirlər insanlar. Tənqidlə təhqirin yerini səhv salmaq psixoloji pozuntunun göstəricisidir. Ümumiyyətlə, bir nəfər tənqidlə təhqiri qarışdırırsa, bu, həmin şəxsin özgüvənsizliyindən, özünü tapa bilmədiyindən xəbər verir. Yəni, adam özünə güvənərsə, təhqir niyə etsin ki?”.

Psixoloqlar hesab edir ki, daha çox kişilər sosial-iqtisadi vəziyyətin çətinliyindən özlərinə sui-qəsd təşkil edirlər. Qadınlar isə məhz mənəvi böhrandan əziyyət çəkdiklərinə görə, etdikləri əmələ görə cəmiyyətdə rüsvayçılıqda ittiham olunmamaları üçün intihara əl atırlar. F.Mehmanqızı isə hesab edir ki, qadın və kişilərin intihar etmə səbəbləri, demək olar ki, eynidir: “Yəni, elə də, ayrı-ayrı səbəblər yoxdur. Amma kişilər daha çox gizli intihar edirlər. İnfarkt, beyinə qan sızma və s bu cür yollarla. Bunlar da, əslində, intihardır. Çünki, kişilər adətən, emosional olmurlar və hər şeyi ürəklərinə salırlar. Qadınlar isə emosional olduğundan gizlədə bilmirlər. Dərhal ağlayaraq, ya qışqıraraq büruzə verirlər. Statistikada qadınların intihar etməsi kişilərin intihar etməsindən çoxdur”.

Psixoloqlar iddia edir ki, qadınlara nisbətən kişilər daha çox sərt üsulla intihar edirlər. Eyni zamanda, iddiada deyilir ki, intihar üçün kişilər daha çox eyvanları, dam örtüklərini seçsələr də, qadınlar mətbəxi, yataq otağı və romantic yerləri seçir. F.Mehmanqızı isə bu iddianın yanlış olduğunu vurğulayıb. Onun sözlərinə görə, kişilərin və qadınların intihar üçün seçəcəyi yerlərin heç bir fərqi yoxdur: “Çünki, intihar etmək fikri elə bir anda baş verir ki, o zaman hər şeyin anidən baş verməsi istənilir, yəni, artıq həmin şəxs hər hansı yer seçməyə vaxtını sğrf etmək istəmir. Dərhal bu işi icra etmək istəyir. Mən özüm dəfələrlə intihara cəhd edən insanlarla həmsöhbət olmuşam. Onlar deyir ki, həmin anda adam özündə olmur. Beyin belə işlək vəziyyətdə olmur ki, prosesləri analiz edə bilsin. Hətta onlar deyirdi ki, həmin an sonradan yaddaşdan da silinir, yəni, o ani xatırlamaq olmur. Yəni, beyin özü də həmin hissəni pozur”.

Psxoloqların fikrincə, hazırda dünyada depressiya xəstələrinin 15%-i isə intihara cəhd nəticəsində həyatlarını itirirlər. Eyni zamanda, psixoloqlar, xüsusən, orta yaşlı insanların sosial-iqtisadi çətinliklərdən əziyyət çəkdikləri üçün özlərinə sui-qəsd təşkil etmələrini deyirlər. F.Mehmanqızının sözlərinə görə, intihar edən bir kəsin etdiyi bu əməldən peşiman olur: “Psixologiyada belə bir fikir var. İntihar edən hər bir şəxs intiharın son anında peşiman olur. Amma, təəssüflər olsun ki, bu peşimançılığın böyük əksəriyyətinin faydası olmur”.

Səid Qərib

İnterpress.az