“Academix”in təşkilatçılığı ilə Gürcüstan parlamentində görüş keçirildi – FOTOLARbackend

“Academix”in təşkilatçılığı ilə Gürcüstan parlamentində görüş keçirildi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Academix”in təşkilatçılığı ilə Gürcüstan parlamentində görüş keçirilib.

İnterpress.az xəbər verir ki, “Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılğı ilə, Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil işçiləri Gürcüstan parlamentinin deputatı Tariyel Nakaidze ilə görüşüb.

Görüşdə qarşılıqlı əlaqələr, qarşıda duran fəaliyyət istiqamətləri, iki qardaş ölkənin təhsil və QHT-ləri arasında mədəni və sosial əlaqələrin daha da genişləndirilməsi üçün bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib və vacib məsələlər müzakirə olunub.

Sonda “Academix” İnkişaf və Karyera Mərkəzinin rəhbəri Toğrul Allahverdili nümayəndə heyyəti adından Gürcüstan parlamentinin deputatı Tariyel Nakaidzeyə xatirə hədiyyəsi təqdim edib.