Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı məlumat yayılıb.   Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, beşi isə şöbə müdirləridir.  Sayt qeyd edir ki, müəllimlərin işdən çıxarılması ilə bağlı əmri kollecin direktoru Nərmin Qaralova verib və müəllimləri Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini əsas gətirərək, hüquqlarının müdafiəsi üçün Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsman Aparatına rəsmi müraciət ediblər.  Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi. Tələbəni “şamtutan” adlandıran direktor onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəmişdi və onunla bağlı inzibati tənbeh tədbiri görülmüşdü.   Qeyd edək ki, N. Qaralovanın keçmiş Baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir.backend

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, beşi isə şöbə müdirləridir. Sayt qeyd edir ki, müəllimlərin işdən çıxarılması ilə bağlı əmri kollecin direktoru Nərmin Qaralova verib və müəllimləri Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini əsas gətirərək, hüquqlarının müdafiəsi üçün Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsman Aparatına rəsmi müraciət ediblər. Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi. Tələbəni “şamtutan” adlandıran direktor onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəmişdi və onunla bağlı inzibati tənbeh tədbiri görülmüşdü. Qeyd edək ki, N. Qaralovanın keçmiş Baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında edilmiş hərəkət sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Yeri gəlmişkən, qonşu ölkənin milli atributlarına qarşı hörmətsizlik edənlər artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Oxu.Az Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun məsələyə münasibətini öyrənib. Diplomat gənclərin bu hərəkətini pisləyib:

“Hesab edirəm ki, etiraz üçün hər hansısa əsas varsa, onu qəbul olunmuş siyasi yollarla çatdırmaq mümkün olur. Şəxsən mən düşünürəm ki, bu şəkildə etiraz olmayaydı”.

Estoniya və Latviyada ölkəmizin fövqəladə və səlahiyyətli səfiri işləmiş T.Zülfüqarov etiraz aksiyasının düzgün formada edilmədiyini bildirib:

“Etirazın üslubları var. Həmin üslublar hamıya bəllidir. Bu üslublardan birindən yararlanmaq olardı. Üstəlik, İranda bizə qarşı çıxanlardan başqa, xeyli dostlarımız var. Onların içərisində Azərbaycanı sevən siyasətçilər də var. Mən İran azərbaycanlılarını yox, digər millətlərdən olan nümayəndələri də nəzərdə tuturam. Onlara qarşı bu, hörmətsizlikdir, siyasətə aid olmayan hərəkətdir. Gərək ki, arada hörməti saxlayaq. Dövlət atributuna qarşı bu hərəkət qəbuledilməzdir”.

Tofiq Zülfüqarovun sözlərinə görə, bu, gənclərin səhv addımıdır, polis onları düzgün şəkildə cəzalandırıb.