Putin məmnundur: Polşadakı rus PUA-ları NATO-nun zəif tərəflərini göstərdi – FTbackend

Putin məmnundur: Polşadakı rus PUA-ları NATO-nun zəif tərəflərini göstərdi – FT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşadakı rus pilotsuz təyyarələri NATO-nun zəif tərəflərini göstərib.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qəzet yazır ki, dünən Rusiya pilotsuz təyyarələrinin Polşaya hücumunun məqsədi, ehtimal ki, alyansın hava hücumundan müdafiəsini sınaqdan keçirmək olub.

Ekspert qiymətləndirmələrinə görə, Putin nəticədən razı qalıb.

FT qeyd edir ki, Avropa Rusiyanın Ukraynada hər gün keçirdiyi belə kütləvi zərbələrə hazır deyil.

Qəzet belə qənaətə gəlir ki, Putin çox güman ki, nəticələr çıxarıb və daha qətiyyətli hərəkət edə biləcək.

Xuraman Etibarlı

İnterpress.az