Fransa NATO-nun şərq cinahına üç “Rafale” göndərir
İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Fransa hökuməti Polşaya edilən son Rusiya dron hücumundan sonra NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək məqsədilə üç ədəd “Rafale” qırıcı təyyarəsi göndərəcək.
Parisin qərarı alyansın hava məkanının müdafiəsini möhkəmləndirmək və əlavə patrul uçuşları həyata keçirmək planı çərçivəsində qəbul olunub.
Xuraman Etibarlı
İnterpress.az