Bakıda “Azərbaycan-Şimali Kipr münasibətləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
İnterpress.az xəbər verir ki, konfrans Türk Birliyi Həmrəylik Dərnəyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
“Yeni dünya nizamında Azərbaycan-Şimali Kipr münasibətləri” mövzusunda beynəlxalq konfrans 20 dekabr saat 10:00-da Xəzər Universitetində təşkil ediləcək.
Tədbirə Qardaş Şimali Kipr Türk Respublikasının tanınmış siyasətçisi, beynəlxalq münasibətlər üzrə ekspert Prof. Dr. Kudret Özersay moderatorluq edəcək.
Konferansda millət vəkilləri, qardaş Türkiyədən və Şimali Kipr Türk Respublikasından gələn qonaqlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media qurumları təmsilçiləri və gənclər iştirak edəcəklər.