Düşünürdüm ki, Ukraynadakı müharibə ən asan başa çatacaq, çünki Putinlə əla münasibətim var.
İnterpress.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında deyib.
“Hamı Rusiyanın üç gün ərzində bu müharibədə qalib gələcəyini düşünürdü, lakin bu, baş vermədi”, – ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, Rusiya bu müharibədə “pis” görünür və Moskva müharibəni dayandırmağa razı olmasa, ABŞ ona qarşı “ciddi tariflər” tətbiq etməyə hazırdır.
Xuraman Etibarlı
İnterpress.az