Krasnoyarsk diyarında təhlükəsizlik qüvvələri 650 nəfərlik toy mərasiminə basqın edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Reyd zamanı 210 Mərkəzi Asiya vətəndaşı müəyyən edilib ki, onlardan 26-sı ölkədə qeyri-qanuni olub və deportasiya edilib.
Daha üç nəfərə qarşı əcnəbi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin qondarma qeydiyyata alınması ilə bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az