Keçmiş məmur siqaret bəhanəsi ilə məhkəmədən qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sankt-Peterburqda keçirilən məhkəmə iclasında keçmiş Rusiya Federal Reyestr Xidmətinin sədr müavini, Ermənistan vətəndaşı Boris Avakyan diqqətçəkən şəkildə qaçıb.
O, 4,2 milyard rubl (85 milyon 357 min man) məbləğində gömrük ödənişlərindən yayınmaqda ittiham olunur.
Məhkəmədə fasilə zamanı “siqaret çəkmək” üçün icazə istəyən Avakyan birdən-birə yoxa çıxıb və yaxınlıqdakı Ermənistan konsulluğuna sığınıb.
Məlumata görə, Avakyan daha əvvəl də ev dustaqlığından qaçaraq Ermənistana getmiş və orada dövlət vəzifəsi tutmuşdu.
Hazırda o, yenidən axtarışa verilib.
Xuraman Etibarlı
İnterpress.az