Ermənistanda müxalifət lideri öldürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin polisi məlumat yayıb. Armavir vilayətinin Parakar icmasının rəhbəri Volodya Qriqoryan atışma nəticəsində ölüb.
Ermənistanda silahlı və maskalı şəxslər Parakar icmasının başçısı Volodya Qriqoryana və onunla birlikdə olanlara avtomat silahlardan atəş açıblar.
Hadisə Volodya Qriqoryanın evinin qarşısında baş verib. Məndə olan məlumata görə, iki nəfər həlak olub, digərlərinin vəziyyəti ağırdır.
Qeyd edək ki, Qriqoryan apreldə “Həyat üçün ölkə” və “Qələbə” partiyalarının daxil olduğu müxalifətin “Birlik” blokundan Parakarın rəhbəri seçilib.
Xuraman Etibarlı
İnterpress.az