Azərbaycan -Türkiyə birliyi: Fars və ermənilərin kabusu yoxsa… – Nahid Canbaxışlı YAZIRbackend

Azərbaycan -Türkiyə birliyi: Fars və ermənilərin kabusu yoxsa… – Nahid Canbaxışlı YAZIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan – Türkiyə arasındakı sosial-iqtisadi, eyni zamanda siyasi ,həmçinin hərbi əməkdaşlığın son 10 il içərisində daha güclənməsi onu göstərdi ki, bölgədə mövcud olan problemlərin aradan qaldırılmasının açarı, bu iki ölkənin əlindədir.

Eyni zamanda Türkiyənin qlobal müstəvidə getdikcə daha çox söz sahibinə çevirilməsi, Azərbaycanın da beynəlxalq müstəvidə əlindəki imkanları artırmasına şərait yaratdı.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsi, 30 il işğalda olan torpaqları müharibə yolu ilə azad edilməsi də regional siyasi palitranın dəyişməsinə səbəb oldu.

Artıq bölgədə Azərbaycanla razılaşdırmadan hansısa addımı atılması mümkünsüzdür. Bu təkcə 44 günlük müharibə ilə bağlı da deyil. Eyni zamanda bu qələbələr sırasına Azərbaycanın beynəlxalq əhəmiyyətli layihələrin icrasındakı rolunu, Avropanın maye qazla təminatındakı iştirakını da əlavə etmək yerinə düşər.

Bu gün Ermənistanın siyasi elitasında,eyni zamanda rəsmi İrəvana auditorluq edən ölkələr gözəl anlayırlar ki, Azərbaycan-Türkiyə birliyi təkcə bölgədə söz sahibi olmağa hesablanmayıb,eyni zamanda bu qardaş ölkənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan lideri İlham Əliyevin ortaya qoyduqları iş, böyük Turan birliyinin əsas təməl prinsiplərindən biridir.

Belə olduqda da Ermənistan bölgənin sabitliyindən yaralanaraq,özünün sosial-iqtisadi imkanlarını artırmaq yerinə, Azərbaycan və Türkiyə ilə normal qonuşuluq əlaqələrinə sahib olmaq əvəzinə , daha çox bu auditorların məsləhətləri ilə hərəkət etməyi üstün tutur, bölgədə gərginliyə zəmin yaradır.

44 günlük müharibədən sonra bir çox beynəlxalq və regional siyasi təhlilçilər düşünürdülər ki, rəsmi İrəvan imzalamış olduğu kaputuliyasiya aktından nəticə çıxararaq regionda sülhün bərqarar olmasına, Zəngəzur dəhlizinin açıması üçün səylər göstərməklə özünün darmadağın olan iqtisadiyyatını gücləndirmə yolunu tutacaq. Amma bu olmadı. Çünki normal ölkərdən fərqli olaraq Ermənistan bir daha göstərdi ki, bu ölkə təkcə Rusiyanın forpostu deyil,eyni zamanda Fransanın, İranın və erməni lobbisinin forpostudur.

Ermənistandakı hakim qüvvənin bu gün forpostu olduğu ölkələrdən birinə qarşı müəyyən qədər siyasətini dəyişmiş görünə bilər. Amma Rusiya bu ölkəyə sarmaşıq kimi elə sarılb ki, Kremlin Ermənistandan çıxması da qansız-qadasız olmaya bilər.

Ona görə də hazırda Ermənistan baş naziri ermənilərə xas olan sürüşgən siyasəti ilə daha çox hakimiyyətdə qalma,regional komunikasiyaların açılmasına maneə yaratmaqla məşğuldu.

Bununla yanaşı Ermənistan Azərbaycan-Türkiyə birliyinə qarşı İran-Ermənistan birliyi modelini inkişaf etdirməyi planlarına işə salıb.

Bu gün İrəvandakı müəyyən siyasi təhlilçilər, mövcud hakimiyyətin ideoloqları hesab edirlər ki, Azərbaycan və Türkiyənin Turan Birliyi yoluna daş qoymağın yolu, İran-Ermənistan birliyindən keçir. Amma unudurlar ki, İran dedikləri ölkənin 70 faiz əhalisi elə Azərbaycan türküdür.

Eyni zamanda da Azərbaycanın Qərbi Zəngəzur üzərindəki qanuni haqları onların bu istəklərini tamamilə alt-üst edir.

Güney Azərbaycanda,Təbrizdə yanacaq bir müstəqillik atəşi Ermnistanın kabusu ola bilər.

İstənilən halda nə qədər ki, İran dağılmayıb, Güney Azərbaycan öz azadlığına qovuşmayıb, ermənilərin istəkləri,farsların istəklərinə cavab verdiyi gözardı edilə bilməz. Ona görə də Azərbaycan və Türkiyənin birliyi ya bu bölgənin inkişafının təməli olacaq, ya da fars və ermənilərin kabusu.