İlk dəfə Braziliya Konstitusiyası rəsmi olaraq Amazonun dominant yerli dillərindən biri olan Nheengatu dilinə tərcümə edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Braziliya Konstitusiyasının Nheengatu dilinə tərcümə edilmiş versiyası ictimaiyyətə təqdim olunub.
Amazon bölgəsində konstitusiyanın yerli dilə tərcüməsi üçün “Sao Gabriel da Cachoeira” adlanan mərasimdə yerli icma liderləri və Braziliya rəsmiləri iştirak edib.
“Alto Rio Negro” və “Medio Tapajos” bölgələrindən olan 15 yerli sakinin töhfəsi ilə edilən tərcümə ölkə tarixində konstitusiyanı yerli dilə “rəsmi olaraq tərcümə edən” ilk tərcümə olub.
Braziliya Federal Ali Məhkəməsinin (STF) sədri Rosa Veber tərcümənin “konstitusiya tarixində bir mərhələ” olduğunu şərh edib.
Konstitusiyanın yerli dilə tərcüməsi Braziliyanın mədəni və dil müxtəlifliyinin qorunub saxlanılması, habelə yerli əhalinin hüquqları haqqında məlumatlılığın artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
305 etnik qrupun 274 yerli dildə danışdığı Braziliyada yalnız portuqal dili rəsmi dil sayılır.