Çin Filippin hərbi gəmisini Scarborough Shoaldan uzaqlaşdırdığını bildiribbackend

Çin Filippin hərbi gəmisini Scarborough Shoaldan uzaqlaşdırdığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Sahil Mühafizəsi Cənubi Çin dənizində Filippin Hərbi Dəniz Qüvvələrinə aid döyüş gəmisini iki ölkə arasında suverenlik mübahisəsinin olduğu Scarborough Shoal ətrafındakı sulardan çıxardığını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Sahil Mühafizə Komandanlığının sözçüsü Qan Yu verdiyi açıqlamada Çinlilərin “Huangyan adası” adlanan ərazinin yaxınlığında üzən Filippin döyüş gəmisinə müdaxilə etdiyini bildirib.

Gəminin çoxsaylı xəbərdarlıqlara baxmayaraq geri qayıtmadığını bildirən Qan deyib ki, Çin Sahil Mühafizəsi qanuna uyğun olaraq gəminin ərazidən çıxarılması üçün lazımi tədbirlər gördü və gəmi təqib edilərək marşrutunu dəyişmək məcburiyyətində qalıb.
Filippin Baş Qərargah rəisi general Romeo Brauner Jr. O, səlahiyyətlilərin iddia edilən insidenti araşdırdığını, lakin bunun real qarşılaşma deyil, “Çinin təbliğatı” olduğunu düşündüyünü söyləyib.

Filippin Sahil Mühafizəsi sentyabrın 25-də Çinin nəzarətində olan dayaz ərazinin cənub-şərq girişində quraşdırılmış 300 metr uzunluğunda üzən maneənin götürüldüyünü açıqlayıb.

Scarborough Shoal, ortasında laqonu olan üçbucaqlı dəniz bəndi, Cənubi Çin dənizinin şərqində, Filippinin şimalındakı Luzon adasından 120 dəniz mili (222 kilometr) məsafədə yerləşir.

Digər tərəfdən, Cənubi Çin dənizinin Spratli adalarının bir hissəsi olan və Filippinin nəzarətində olan İkinci Tomas Şol da iki ölkə arasında gərginliyə səbəb olur.

Avqustun 6-da bölgəyə yaxınlaşan Filippin təchizat gəmisində Çin Sahil Mühafizəsinin təzyiqli sudan istifadə etməsi ölkələri qarşıdurmaya gətirib çıxarıb.

Filippin oktyabrın 4-də Çin sahil mühafizə gəmilərinin maneələrinə baxmayaraq və bu gəmilərin yaratdığı blokadanı aşaraq bölgədəki Filippin qüvvələrinə təchizat çatdırmağı bacardığını açıqlayıb. İkinci Dünya Müharibəsindən sonra sahilyanı ölkələr müstəqillik əldə etdikdən sonra Cənubi Çin dənizi suverenliklə bağlı mübahisələrin predmetinə çevrilib.

Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxunun suverenliyini iddia edir. Filippin, Vyetnam, Bruney və Malayziya kimi sahilyanı qonşu ölkələr də bölgədə hüquq iddiasındadırlar.

Bölgədəki adalar, riflər, qayalar və dəniz bəndləri, xüsusilə Parasel və Spratli adaları üzərində suverenlik mübahisələri zaman zaman ölkələr arasında gərginliyə səbəb olur.

ABŞ, eləcə də region ölkələri Çinin mübahisəli adalarda hərbi bazalar tikməsinə və mülki gəmi donanmalarını uzun müddət saxlamasına qarşı çıxır.

Haaqa Daimi Arbitraj Məhkəməsi (PCA) 2016-cı ildə Filippinin müraciəti ilə bağlı qərarında Çinin Cənubi Çin dənizindəki birtərəfli suverenlik iddialarının qanuni olmadığına qərar verib.