Əməkhaqqının artmasının sahibkarlara zərəri: “VÖEN-lə çalışanlar DSMF-yə ödənişlərdən əziyyət çəkirlər”backend

Əməkhaqqının artmasının sahibkarlara zərəri: “VÖEN-lə çalışanlar DSMF-yə ödənişlərdən əziyyət çəkirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təkcə əmək haqqının və təqaüdün artırılması yetərli deyil, həm də iqtisadi sistemdə ciddi dəyişiklik olmalıdır”.

İnterpress.az xəbər verir ki, bu sözləri gələn il pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlərin 20-40% artırılacağının mümkün təsirlərinə msnasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı bildirib ki, artımla bağlı iki məsələ diqqət mərkəzindədir:

“Ölkədə DSMF-yə ödənişlər fərdi sahibkarlar üçün minimum əmək haqqının məbləğinə bağlıdır. Qnunvericilikdə Sosial Sığorta Haqqında Qanunun 14.5.1-ci maddəsinə əsasən, fərdi sahibkarlar 1 aprel 2020-ci il tarixinədək sahibkarlıq fəaliyyəti üzrə minimum əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə isə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirdilər. 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 25 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 15 faizini ödəməlidirlər.

Ölkədə rəsmi məlumatlara görə 1,1 milyon insan fərdi sahibkarlıqla məşğul olmaq üçün qeydiyyatdan keçib. Təbii ki, bunların hamısı fəaliyyətdə deyil, amma 800 minə yaxın aktiv DSMF ödəyicisi var.  Təsəvvür edin ki, minimum əmək haqqı 30% artsa, avtomatik olaraq DSMF-yə ödənişlər də artacaq. Qanunda nəzərdə tutulan bu cür korelyasiya kökündən yanlışdı. Təsəvvür edin ki, kimsə Bakıda fərdi sahibkar kimi ticarət və ya tikinti ilə məşğuldur, ay ərzində 300 manat dövriyyəsi olub. Əgər minimum əmək haqqı 30% artsa, bunun DSMF-yə ödənişi 162 manat 50 qəpik təşkil edəcək.  Minimum əmək haqqının artımı onlara birbaşa təsir göstərir. Ona görə də təcili şəkildə qanunvericilikdə dəyişiklik edilməli, fərdi sahibkarların DSMF-yə ödənişlərinin minimum əmək haqqına ödənişlərə təsiri, bağlantısı aradan götürülməlidir”.

Natiq Cəfərlinin fikrincə, fərdi sahibkarlar üçün ya fiksə edilmiş ödəniş olmalı, ya da gəlirlərindən asılı olaraq ödənişlər dəyişməlidir:

“Bir sözlə, minimum əmək haqqının DSMF-yə ödəniş üçün əsas yaratması ləğv edilməlidir.  Zatən vətəndaş təqaüd sisteminə inanmır, bu qədər yüksək ödənişlər onun üçün əlavə yük gətirir. Bundan başqa, özəl təqaüd fondlarının yaranmasına, fəaliyyətinə mane olan süni əngəllər aradan qaldırılmalı, dövlətin bu sahədə qurduğu təbii inhisarçılıq ləğv edilməlidir. Özəl təqaüd fondları ilə vətəndaşlar arasındakı müqavilələr sərbəst olmalı, qarşılıqlı fayda əsasında müqavilələr bağlanmalıdır”.

Gülşən Şərif