Heç vaxt bir-birini görməyən iki məhbus uşaq DÜNYAYA GƏTİRDİ – FOTObackend

Heç vaxt bir-birini görməyən iki məhbus uşaq DÜNYAYA GƏTİRDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də qətldə təqsirli bilinən məhbuslar heç görüşmədən uşaq dünyaya gətiriblər.

İnterpress.az xəbər verir ki, bu barədə WSVN məlumat yayıb.

Həbsdən əvvəl Deyzi və Coan bir-birlərini tanımırdılar. Təkadamlıq kamerada oturan məhbuslar havalandırma şaftından istifadə edərək əlaqə qurmağa başlayıblar. Onlar bir-birinə  fotoşəkillər və yazışmalar ötürüblər və tezliklə Coan uşaq sahibi olmaq arzusunu bölüşüb. Deyzi razılaşıb.

İdeyanı həyata keçirmək üçün hər 5 gündə bir dəfə Coan siqaret kimi plyonkaya bükülmüş spermanı havalandırmadan ötürüb və Deyzi aplikatorlardan istifadə edərək spermanı özünə yeridib.

Deyzi nəhayət hamilə qalıb və uşaq dünyaya gətirib. Faktla bağlı istintaq başlayıb. Cütlük müxtəlif həbsxanalara köçürülüb.

Xuraman Etibarlı

İnterpress.az