İsrailin müdafiə naziri ABŞ müdafiə nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini ilə görüşüb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilir ki, İsrailin müdafiə naziri Katz ABŞ müdafiə nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Şapiro ilə görüşüb.
ABŞ-nin İsrail və Hizbullah arasında hərbi əməliyyatlara son qoymaq səyləri, həmçinin atəşkəs danışıqları müzakirə edilib.
Xuraman Etibarlı
İnterpress.az