Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürülüb.
İnterpress.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, bu təklifi iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin İstanbul şəhərində keçirilən TDT-nin Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar nazirlərinin 1-ci Toplantısında səsləndirib.
Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub.