Həmsədrlərin bəyanatına Bakıdan sərt reaksiyabackend

Həmsədrlərin bəyanatına Bakıdan sərt reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azay Quliyev: “Bu qrup özünü tamamilə tükədib və həmsədrlik institutunun Azərbaycan üçün heç bir maraqlı və cəzbedici tərəfi qalmayıb”

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) aprelin 13-də bəyanatla çıxış ediblər.

Həmsədrlər atəşkəsin möhkəmlənməsindən məmnuniyyətini bildirir və tərəflərin 9 noyabr 2020-ci il tarixində əldə etdikləri razılaşmanın icrasını yaxından izləyirlər.

Həmsədrlər meyitlərin qaytarılması ilə bağlı əldə olunan mühüm nailiyyətləri və münaqişə nəticəsində köçkün düşənlərin yenidən məskunlaşması, humanitar yardımın göstərilməsi və adekvat yaşayış şəraiti, habelə bölgədə nəqliyyat və rabitə xətlərinin blokdan çıxarılmasına yönəlmiş konstruktiv müzakirələrlə bağlı davam edən irəliləyişləri alqışlayır.

Həmsədrlər tərəflərə digər narahatlıq doğuran sahələrin həlli və uzunmüddətli sülh üçün əlverişli qarşılıqlı etimad atmosferinin yaradılması üçün əlavə səylərin tələb olunduğunu xatırladır.

Bunlar aşağıdakılardan ibarətdir:

Müharibə əsirlərinin və digər məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq geri qaytarılması, münaqişə bölgələrinin təsirli minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi;

beynəlxalq humanitar təşkilatların nümayəndələri daxil olmaqla, Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin götürülməsi;

dini və mədəni irsin qorunması və mühafizəsi; münaqişədən təsirlənmiş icmalar və digər xalqlar arasında etimad qurulması tədbirləri üçün birbaşa təmasların və əməkdaşlığın inkişaf etdirilməsi.

Həmsədrlər ATƏT mandatlarının şərtlərini və bütün bölgə xalqının sabit, dinc və firavan bir gələcəyə olan istəklərini nəzərə alaraq, tərəflərin yaxşı tanıdığı elementlər və prinsiplər əsasında yekun hərtərəfli və davamlı nizamlanmanın əldə edilməsinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıblar.

ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfləri dərhal humanitar atəşkəsi təmin  etməyə çağırır

Bu baxımdan, həmsədrlər tərəfləri həmsədrlərin müşahidəsi altında ən yaxın fürsətdə yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırıblar. Minsk Qrupu həmsədrləri tərəflərin qeyd şərtsiz öz prioritetlərini əks etdirən, strukturlaşdırılmış gündəliyi nəzərdən keçirmələri və birlikdə razılaşdırmaları üçün birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini təkrarlayıblar.

Həmsədrlər, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətinin davam etməsinə və missiyasının genişləndirilməsinə güclü dəstəyini ifadə edir və tərəfləri bu səylərə dəstək göstərməyə çağırırlar. Həmsədrlər qiymətləndirmə və vasitəçilik rollarını yerinə yetirmək üçün Dağlıq Qarabağ və ətraf bölgələr daxil olmaqla bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayırlar. Bu baxımdan, həmsədrlər tərəflərə həmsədrlərin səyahət marşrutu ilə əlaqədar səlahiyyətlərinə və əvvəlki təcrübələrinə uyğun olaraq maneəsiz giriş və maksimum hərəkət çevikliyini təmin etmə tələbini xatırladıblar.

Azərbaycan dövləti həmsədrlərin 1994-cü ildən bu yana effektiv bir fəaliyyətini görməyib. Onlar bu müddət ərzində münaqişənin həlli istiqamətində hansısa bir iş görə bilmədilər. Nəhayət, 2020-ci ilin payızında Azərbaycan hərbi yolla torpaqlarını işğaldan azad etdi.

Böyük qələbədən sonra faktiki olaraq Minsk Qrupununn fəaliyyətinə ehtiyac da qalmayıb. Ancaq onlar öz mövcudluqlarını saxlamaq üçün mütəmadi açıqlamalar verirlər.

Azay Quliyev parlamentdə QHT-lərin problemini qaldırdı

Azay Quliyev

Məsələyə millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev münasibət bildirb.

“Yeni Müsavat”ın xəbərinə görə, Azay Quliyev deyib ki, həmsədrlərin bəyanatında humanitar və təhlükəsizlik məsələləri, o cümlədən kommunikasiyaların açılması ilə bağlı müəyyən pozitiv məqamlar olsa da, onlar yenə də ənənəvi və zərərli təcrübələrinə istinad edərək köhnəlmiş və heç bir aktuallıq kəsb etməyən tezislərini bərpa etməyə çalışıblar: “Bu bəyanatda ciddi narahatlıq doğuran və erməni tərəfinin tezislərini açıq şəkildə büruzə verən bir neçə məqamı qeyd etmək istərdim.

Birinci, həmsədrlər bütün hərbi əsirlərin və saxlanılan şəxslərin qaytarılmasını istəyirlər. Hamıya bəllidir ki, Azərbaycan tərəfi müharibə dövründə əsir düşən və saxlanılan ermənilərin hamısını Ermənistana qaytarıb. Lakin anlaşılan odur ki, həmsədrlər müharibə başa çatandan sonra Ermənistanın Şirak rayonundan Azərbaycana terror məqsədilə göndərilən və 4 nəfər hərbiçimizi şəhid edən diversant qrupunun üzvlərini nəzərdə tuturlar. Yəni bizim dəfələrlə açıqlama verib onların hərbi əsir olmadığını deməyimizə rəğmən, Minsk üçlüyü heç nə olmamış kimi davranaraq bu məsələdə Ermənistanın sözçüsü qismində çıxış edir.

İkinci, həmsədrlər bəyanatda Dağlıq Qarabağa gediş-gəlişə, o cümlədən beynəlxalq humanitar təşkilatların nümayəndələrinə qoyulmuş məhdudiyyətlərdən bəhs edirlər. Bu absurd fikri səsləndirməklə onlar həm özlərini gülməli vəziyyətə qoyurlar, həm də “10 noyabr üçtərəfli bəyanatı dəstəkləyirik” kimi mövqelərinin ziddinə çıxmış olurlar.

Digər tərəfdən, cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati vahid mövcud deyil və kim ölkəmizə, xüsusilə münaqişənin təsirinə məruz qalmış ərazilərə gəlmək istəyirsə, buyursun, lazım olan hüquqi prosedurlara əməl edərək istədiyi yerə getsin. Hətta beynəlxalq təşkilatlar Xankəndinə humanitar yardım etmək istəyirsə, yenə də problem yoxdu, məsələni rəsmi Bakı ilə müzakirə edib razılaşdırsın. Yox, əgər həmsədrlər yenə də müharibədən əvvəlki qaydanı tətbiq edib, Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə istədikləri vaxt və Bakıdan icazə almadan gedib-gəlmək, özfəaliyyətlə məşğul olmaq istəyirlərsə, bu macəra artıq tarixdə qaldı və bundan sonra belə özbaşınalığa heç vaxt imkan verilməyəcək.

ATƏT-in Minsk qrupu həmsədrləri Bakıya gəlib

Üçüncü, həmsədrlər bəyanatlarında məsuliyyətsizcəsinə uzunmüddətli sülhün əldə olunması üçün tərəflərə yaxşı tanış olan köhnə prinsiplərin dirçəldilməsinin vacibliyini qeyd edirlər. Bu fikir bir daha sübut edir ki, Minsk üçlüyü heç vaxt Cənubi Qafqazda sülhün və əmin-amanlığın olmasını istəməyib və indi də istəmir. Onlar heç bir aktuallığı qalmayan əvvəlki ritorikanı bərpa etməklə hələ uzun müddət heç bir faydası olmayan mandatlarını qorumağa və özlərinin uğursuz varlığını sürdürməyə çalışırlar. Bu fikirlər həm də Ermənistanda olan revanşist qüvvələr üçün əlavə bir stumul deməkdir. Bu bəyanat Ermənistan və Azərbaycan arasında gərginliyin daha da körüklənməsinə hesablanmış bir addımdır”.

Deputat deyir ki, bütün hallarda bəyanatı yersiz və reallıqdan uzaq bəyanat hesab edir və onun Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə rədd edildiyini bildirir: “Sonda isə səmimi etiraf edim ki, məndə az da olsa ümid vardı ki, Minsk Qrupunun həmsədrləri özlərinin 30 illik yarıtmaz fəaliyyətlərinin nəyə bais olduğundan və 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlardan düzgün nəticə çıxararaq bu reallığa tamamilə uyğun mövqe sərgiləmək üçün özlərində güc tapa biləcəklər. Ancaq görünən odur ki, bu qrup özünü tamamilə tükədib və həmsədrlik institutunun Azərbaycan üçün heç bir maraqlı və cəzbedici tərəfi qalmayıb”.

 

 

 

 

İnterpress.az