Onlayn dərslər məktəblilərin görməsinə necə təsir edir? Oftalmoloq Gövhər Əliyeva həyəcan təbili çalırbackend

Onlayn dərslər məktəblilərin görməsinə necə təsir edir? Oftalmoloq Gövhər Əliyeva həyəcan təbili çalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Son vaxtlar hər ikinci xəstəm ya məktəblidir, ya tələbədir, ya da müəllim. Bunu yalnız onlayn təhsil ilə əlaqələndirirəm. Bu vəziyyət ölkədə böyük görmə problemlərinə səbəb  olur.

Bu barədə oftalmoloq cərrah Gövhər Əliyeva onlayn dərslərin görmə qabiliyyətinə təsirindən danışarkən bildirib.

Onun sözlərinə görə, pasiyentlər ən çox ağrı, narahatlıq, gözlərdə yad cisim, həmçinin göz yaşarması, qızartı və gözlərin tez yorulmasından şikayətlənirlər.

“Müayinə zamanı ən çox quru göz sindromu diaqnozu qoyuruq. Həm də xəstələrimdə miyopik astiqmatizm göstəricilərində (eyni zamanda iki patologiyanın – miyopiya və astiqmatizm, müşahidə olunduğu görmə pozğunluğu) kəskin bir pisləşmə olduğunu qeyd edərdim”, – deyə o, vurğulayıb.

Oftalmoloq gözlərdə quruluq səbəblərindən də danışıb. O, bu halın əsasən yaxın məsafədə diqqət tələb edən işlərin görülməsindən yarandığını deyib. Mütəxəssisin sözlərinə görə, dərslər azı 4-5 saat çəkir, uşaqlar bu müddətdə çox yaxın məsafədən elektron qadjetlər – telefonlar, planşetlər, kompüterlərdən istifadə edirlər.

“Buna görə göz qırpma sayı azalır, nəticədə quru gözlər xəstəliyi inkişaf edir, gözlərdə narahatlıq və digər şikayətlər meydana gəlir”, – deyə Gövhər Əliyeva bildirib.

 

İnterpress.az