Pentaqonun yeni planı: İran, Rusiya və Türkiyə Yaxın Şərqdən sıxışdırılır?backend

Pentaqonun yeni planı: İran, Rusiya və Türkiyə Yaxın Şərqdən sıxışdırılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə hərbi mövcudluğunu saxlayacaq”.

Bunu ABŞ-ın müdafiə naziri Lyold Austin Bəhreyndə keçirilən konfransda deyib.

“Əraziyə əlavə qüvvələr yerləşdirərək bunu tez bir zamanda edə bilərik” – o bildirib.

ABŞ-ın diplomatiyaya üstünlük verdiyini deyən Pentaqon rəhbəri hərbi gücə əlavə vasitə kimi baxdıqlarını da vurğulayıb.

Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdə hərbi gücünü artırması və möhkəmləndirilməsi ABŞ-ın hansısa planlarından xəbər verir.

ABŞ-ın Yaxın Şərqlə bağlı hansı planları var? Pentaqon rəhbəri bu açıqlama ilə nə demək istəyir?

Politoloq Cümşüd Nuriyev Cebhe.info-ya ABŞ-ın Yaxın Şərqlə bağlı mümkün planlarından danışıb:

“Birləşmiş Ştatlarının Yaxın Şərqdə ən böyük problemi İrandı. Onun Fars körfəzində hərbi bazası var. Ümumiyyətlə, Yaxın və Orta Şərq regionunda ABŞ-ın 50-dək bazası var. Əsas məqsəd də Yaxın və Orta Şərqdə dünya neft resurslarının 60 faizinin Fars körfəzində toplanmasıdır.

Bu da ABŞ-ın maraqlarına uyğun olan bir məsələdir. ABŞ-ın burada uzun müddət ortağı isə İsraildir. Ərəb dünyası da artıq Avropanın nəzarətindən çıxmaq üzrədir. Eyni zamanda, Afrika ölkələri uzun illər boyunca Avropa ölkələrinin – Fransa, İspaniya, İngiltərə və Portuqaliyanın nəzarətində olub. İndi onlara Çin sahiblənib.

ABŞ müşahidə edir ki, Çin Afrikanın 40 faizininin borclarını almaqla həmin dövlətləri özündən asılı vəziyyətə salıb. Buna görə də ABŞ-ın iqtisadi gücü olmadığı üçün Çinlə də başqa cür bacara bilmədiyi, bu tərəfdən də İran faktoruna görə ABŞ burada hərbi bazalarını saxlamaqda qərarlıdır. ABŞ-ın Türkiyənin İncillik ərazisində, İraqda və Suriyada da hərbi bazaları var. Əsas məqsəd İranı nəzarətdə saxlamaqdır. Ola bilər ki, bu məsələ ABŞ-ın növbəti sanksiyaları ilə əlaqədar olsun”.

Politoloq ABŞ-ın Yaxın Şərqdə hərbi bazalarının genişləndirilməsində silah istehsalçılarının da rolunu da vurğulayıb:

“Burada başqa bir faktor da var, məhz Baydeni hakimiyyətə silah istehsalçıları gətirib. Trampın vaxtında silah ixracı təxminən 70 faizədək enmişdir. Eyni zamanda, Tramp ordunu müharibə zonalarından çıxarırdı.

Hazırda ABŞ-da silah istehsalçıları ən böyük söz sahibidirlər. Hərbi baza olmalıdır ki, onlar da silahı sata bilsinlər. Bu mənada Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdə möhkəmlənməsinin həm iqtisadi, həm siyasi, həm də hərbi maraqları var. Ona görə də bunu təbii qəbul eləmək lazımdır”.