Şarl Mişelin bəyanatı: “Ermənistan bundan artığına tab gətirə bilməyəcək”backend

Şarl Mişelin bəyanatı: “Ermənistan bundan artığına tab gətirə bilməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Bəyanatda vurğulanır ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bu, Şarl Mişelin vurğuladığı digər məsəslələrlə yanaşı, Avropa İttifaqının Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir.

Avropa İttifaqının son görüş təşəbbüsü və təmassonrası açıqlamasının ardınca Ermənistan hakimiyyətini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, nəhayət özündə siyasi iradə tapacaqmı? Aİ prezidentinin bu çağırışına rəsmi İrəvanın münasibəti necə olacaq?

Yenisabah.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli bildirib ki, artıq dünya Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşır:

“Azərbaycan haqlıdır və haqqını qoruyacaq gücdədir.44 günlük müharibə ölkəmizin yalnız hərbi gücünü deyil, həm də siyasi-iqtisadi, diplomatik gücünü, məharətini də ortaya qoyub. Ermənistan Azərbaycanın şərtlərini nə qədər tez və qeyd-şərtsiz qəbul etsə, bir o qədər öz xalqına xeyir vermiş olar.

Ermənistan müharibədəki ağır məğlubiyyətdən sonra daha da dərinləşən sosial, siyasi-iqtisadi böhrandan çıxış nöqtəsinin məhz Azərbaycanın təkliflərini qəbul etməkdə olduğunu görməkdədir. Həm Rusiyanın, həm də Aİ-nın vasitəçiliyi ilə keçirilən görüşlər, imzalanan sənədlər, verilən bəyanatlar ölkəmizin maraqlarını tam təmin edir.

Artıq Qafqaz regionunda təsir gücü və marağı olan bütün siyasi aktorlar və beynəlxalq qurumlar sərhədlərin dəqiqləşdirilməsi üçün dərhal delimitasiya və demarkasiya prosesinin başlamasını, dəmiryolu və avtomagistral yolun çəkilməsini, ən əsası, yekun sülh müqaviləsinin imzalanmasının sürətləndirilməsini istəyir.

Ermənistan bir dövlət olaraq bu proseslərə müqavimət göstərmək, nələrisə dəyişmək iqtidarında deyil. Erməni cəmiyyətində tükənmişlik sindromu, dərin psixoloji böhran açıq aydın görünür. Bundan artığına tab gətirməkləri mümkün deyil. Bütün bunları nəzərə alaraq inamla deyə bilərik ki, Ermənistanın bütün tələbələrimizi ehtiva edəcək sülh müqaviləsini imzalayacağı gün uzaqda deyil”.