SENSASİYA: Xalq yazıçısı AYB və Anar haqda gizlinləri açıb tökdü: görün nələr danışdıbackend

SENSASİYA: Xalq yazıçısı AYB və Anar haqda gizlinləri açıb tökdü: görün nələr danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çoxdan yazmaq lazım idi. Bütün bunlar böyük bir ölkənin dağıldığından dərhal sonra başladı. Hiperinflyasiya, vəsait çatışmamazlığı, ümumi xaos və qonşularla müharibə. Butun bunların fonunda Yazıçılar İttifaqı qorunub saxlanmalı idi. 1992-ci ilin yayında biz o vaxtki Azərbaycan hakimiyyətinə müraciət etdik. O zaman hakimiyyətdə olanlardan biri bizə belə bir sual verdi:
– Bizə ədəbi jurnallar nəyə gərəkdir? Füzulinin dövründə onlar yox idi, ancaq ədəbiyyat var idi. Bu suala Anar “Füzulinin dövründə padşahlar arabada gəzirdilər. Siz isə indi “Mersedes”də gəzirsiz. – deyə cavab verdi”.

İnterpress.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev bildirib.

O deyib: “O vaxt bizə pul vermədilər. Anar vəsait almaq üçün sponsorlar tapdı. Milyona yaxın pul. Bu 50 min dollardan çox idi. Biz bütün pulları qəpiyinə qədər Yazıçılar İttifaqına verdik. Çox sevdiyim və hörmət etdiyim mərhum Cabir Novruz dedi ki, bunu bütün yazıçılar bilməlidir.Lakin biz heç nəyi reklam etmədik. Sonralar, vəziyyət lap ağırlaşanda Anar Ümummilli liderimiz Heydər Əliyevə müraciət etdi. Bundan əvvəl, Anar, İttifaqın aztəminatlı işçilərinin xeyrinə biz üçümüzə katiblərə əməkhaqqından imtina etməyi təklif etdi. Və biz üçümüz də düz yarım il əməkhaqqı almadıq. Anar və Yusif Səmədoğlu millət vəkili maaşını alırdılar, mən də qonorarla dolanırdım.

Yarım ildən sonra böyük siyasətçi Heydər Əliyev əsrin əpoxal qərarını verdi. Bütün ədəbi jurnallar və ədəbiyat qazeti dövlət təminatına alındı. Keçmiş İttifaqda bu birinci unikal hadisə idi.Sonra bir sıra başqa respublikalarda da belə edildi. Butun bu illər ərzində Yazıçılar Birliyi bir dəfə də olsun əməkhaqqısız qalmadı. Aparatın işçilərinin hər birindən soruşa bilərsiz.Hətta aztəminatlı yazıçı və şairlərə kömək edilir, müaliçəyə və yas mərasimlərinə də pul ayrılırdı. Axı belə şeylərə heç kim artıq vəsait ayırmırdı. İttifaqın isə 2 mindən artıq üzvü var . Əgər pul çatmırdısa biz Anarla öz məsuliyyətimiz altında banklara müraciət edirdik. Bəzi yaramazlar yazırlar ki, biz binanı girov qoyuruq. Bu ağ yalandır! Digər yaramazlar yazırlar ki,aşağıda fəaliyyət göstərən klub mənim şəxsi əmlakımdır. Bu da yalandır! Bütün pullar yazıçılara və işçilərə ayrılır və hər xərclənən manatının sənədi var.
Əsas da odur ki, biz tək Yazıçılar Birliyini deyil, həm də onun binasnı qoruyurduq. O illər bizim binanı İngiltərə səfiriyinə vermək istəyirdilər (1993-cü ilin əvvəli). O vaxt Yusif Səmədoğlu zarafatla söz vermişdi ki, o niyyətlə binaya daxil olanları güllələyəcək. Və bir daha Anar haqda. Bütün bu illər ərzində o, çox adama kömək edib. Anar, Moskvaya gedib SSRİ-nin millət vəkili olaraq, bizim məhbusları azad etməyi tələb etmiş, bir neçə nəfəri zaminə götürmüşdür. Onlarla insana mənzil almaqda,müalicə olunmaqda,təqaüd və müavinat almaqda kömək edib. Anar və Yusif, İsa Qəmbəri də zaminə götürmüşdülər”.

“Məni bağışlayın, amma deməliyəm ki, mən artıq 2 ildir ki, TEAS press nəşriyyatı ilə müqavilə bağlamışam və qonorarlarımı YAŞAT fonduna köçürürəm. Yazıçıları səs verməyə yuxarılardan məcbur etmək mümkün deyil. Demək olar ki, hamı Anarın seçilməsini istədi və ona səs verdi. Yazıçılara yaxınlaşın, onların rəyini öyrənin. İstedadsız qramofonlara deyl, əsl yazıçılara yanaşın və soruşun. Son qurultayda ədəbiyyatımızın qaymaqları toplaşmışdı. İndi Ramiz Rövşənə hücumlar edirlər.Ramiz Rövşən çox görkəmli şairdir, və bunu edənlər onun yanında açiz və çılızdırlar. Daha dərindən baxsaq xalqımızın düşmənləridirlər. Onların məqsədi ölkəmizdə hörmətli insanların, öz ədəbiyyatımızın, mədəniyyətimizin olmadığını sübut etməkdir. Bu haqda düşünün! Belə çıxır ki, bütün xalq şairləri (4 nəfər),xalq yazıçıları (8 nəfər)və bizim ədəbiyyatın akademikləri düşməndirlər,layiqsiz qramofonlardır, oğru və səviyyəsizdirlər. Bu hətta bədnam qonşularımızın ağlına gələ bilməzdi.Yetər! Anar dünya miqyasında Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün başqa yazıçılardan daha çox işlər görüb. Ona görə onu seçiblər. Nöqtə!”, – Ç.Abdullayev bildirib.