“Tələbələr və onların valideynləri qapı-qapı düşüb kirayə ev axtarırlar“backend

“Tələbələr və onların valideynləri qapı-qapı düşüb kirayə ev axtarırlar“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN əhaliyə xəbərdarlqı edib.xəbərdarlıqda qeyd olunur ki, bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar: “Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər.

Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər. Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər”.

Məsələ ilə bağlı Yenisabah.az saytına açıqlama verən əmlak mütəxəssisi Elnur Fərzəliyev bildirib ki, hansı evlər ki, elana çıxır, illərlə, aylarla elan saytlarında qalırsa deməli, orada ya qiymət bahadır, ya da hansısa bir problem var:

“Hazırda elan saytlarında mənzillərin qoymətini dəyərindən daha ucuz qiymətə qoyublar. Tutaq ki, 500 manatlıq mənzili qoyublar 300 manata, 300 manatlıq mənzili 200 manata və s. Valideynlər də, tələbələr də bölgələrdən zəng vururlar bununla bağlı və təəssüflər olsun ki, bəzi dələduzların oyunlarının qurbanı olurlar. Məsələn kirayə evlərdə indi belə bir “qanun” mövcuddur. Valideyn elan saytında evi görür, yazır ki, bu evi götürmək istəyirəm. Qarşı tərəf də bildirir ki, bu evi başqa adam götürəcək, əgər götürmək istəyirsənsə hesabıma pul göndər. 50, 100, 150 manat civarında pul istəyirlər. Pul göndəriləndən sonra isə həmin nömrəyə artıq zəng çatmır. Faktiki olaraq burada vətəndaş zərərçəkmiş hesab edilir.”

Elnur Fərzəliyev onu da vurğulayıb ki, digər bir tərəfdən də vətəndaş arxayın olur ki, artıq ev tapıb, gətirib övladını yerləşdirəcək və s. Amma təəssüflər olsun ki, belə dədləduzlara inanır və evsiz qalırlar:

“Vətəndaş hansısa mənzillə, daşınmaz əmlakla bağlı tanımadığı adama, ümumiyyətlə görmədiyi mənzilin sahibinə pul verməməlidir. Qanuni tərəfdən baxsaq, kirayə ilə bağlanılan bütün müqavilələr notarial qaydada bağlanılmalıdır ki, həmin müqavilədə hər iki tərəfin hüquqlarını qoruyan bəndlər qeyd olunsun. Bu həm də ona görə vacibdir ki, sabah ev  sahibi evin kirayə qiymətini artırsa və yaxud həmin şəxsə evini verməsə, tərəflər arasında hansısa bir problem yaşansa, hüquq müstəvisində hər ikisinin hüuqları orada qorunulsun”, – deyə mütəxəssis bildirib.

Son olaraq Elnur Fərzəliyev onu da əlavə edib ki, ucuz evlər saytlarda satışa çıxmır:

“Çünki qiyməti aşağı olan evlər təcili surətdə satılır və yaxud da kirayə verilir. Əmlak bazarının yazılmayan qaununudur bu. Hansı evlər ki, elana çıxır, illərlə, aylarla elan saytlarında qalırsa deməli, orada ya qiymət bahadır, ya da hansısa bir problem var. Hazırda alqı-satqı ofislərinin önündə növbələr var. Çünki tələbələr və onların valideynləri dayanmadan, qapı-qapı öz büdcələrinə uyğun ev axtarırlar.”

Rafi Müslümov 

“Tələbələr və onların valideynləri qapı-qapı düşüb kirayə ev axtarırlar“