Toğrul Allahverdili: “İran terror dövlətidir” – RƏYbackend

Toğrul Allahverdili: “İran terror dövlətidir” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran rejiminin səfirliyimizdə törətdiyi terror aktını məişət zəmininə endirməsi bəzi şübhələrə yol açır.

İnterpress.az xəbər verir ki, bunu “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili deyib.

O bildirib ki, əslində, bütün bunlar hamısının nəyə hesablandığı məlumdur. İranın tarix boyu azərbaycanlılara qarşı sərgilədiyi düşmən münasibətini nəzərə alsaq, onsuz da bu kimi terror hadisələrinin bundan sonra da hər an baş verə biləcəyi ehtimalı yüksəkdir. Ona görə də düşünürəm ki, müvafiq dövlət qurumlarımız kimi vətəndaşlarımız da ayıq-sayıq olmalıdırlar.

İndi isə yuxarıda dediyim həmin şübhələri aşağıda açıqlayacağam:

– İran rejimi baş vermiş hadisənin motivlərini məişət zəmininə endirməklə terror aktının məhz özləri tərəfindən törətdiklərini gizlətməyə çalışırlar;

– İran rejiminə bağlı televiziyaların terrorçudan sanki qəhrəmanlıq nümayiş etdiribmiş kimi müsahibə alması onların əsl üzünü və mahiyyətini göstərir;

– İran polisinin səfirliyə hücumun qarşısını almaması və uzun müddət keçməsinə baxmayaraq, hücuma laqeyd münasibət göstərməsi terrorun əvvəlcədən planlaşdırılmış ssenari olduğunun bariz nümunəsidir;

– Terror aktı zamanı şəhid olan səfirlik əməkdaşının cənazəsinin üç gündən sonra göndərilməsi insani və bəşəri hisslərə, eləcə də şəhidə qarşı hörmətsizlikdir. Halbuki İslam dinində şəhidə və onun cənazəsinə ehtiram aşılanır. Deməli, İslam adı altında illərdir min hoqqadan çıxan İran rejiminin əsl mahiyyəti gün kimi aydındır.

Əslində, siyahını uzatmaq da olar. Amma düşünürəm ki, həqiqət artıq hər kəsə bəllidir. Axı görünən dağa nə bələdçi?