Toğrul Allahverdili : VIII Qlobal Bakı Forumu Azərbaycan dövlətinin uğurudurbackend

Toğrul Allahverdili : VIII Qlobal Bakı Forumu Azərbaycan dövlətinin uğurudur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçirilən VIII Qlobal Bakı Forumu barədə İnterpress.az-a danışan Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB-nin sədri Toğrul Allahverdili bildirib ki, Bakı forumu Azərbaycan haqqında formalaşan yüksək fikiri bir daha təsdiq edir.

Toğrul Allahvetdili bildirib ki , Qlobal Bakı Forumunun iştirakçıları dünyanın siyasi fikir mərkəzində kifayət qədər söz sahibi olan şəxslərdən ibarətdir.

“COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti, əksər dövlətlərin yüksək vəzifəli təmsilçilərinin Bakıda görüşməsi müsbət haldır. Şeyx Nizami Gəncəvinin 880 illiyinin qeyd edildiyi dönəmdə VIII Qlobal Bakı Forumunun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Olduqca əhəmiyyətli mesajları özündə əks etdirən Forum ölkəmizin regionda möhkəmlənən mövqeyi, artan gücü və strateji əhəmiyyətinin bir daha fərqinə varmış olduq

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində iştirak etməsi və çıxışında müxtəlif məsələlər ilə bağlı beynəlxalq ictimaiyyətə mesaj verməsi diqqətdə saxlanılmalıdır.

Dövlət başçısının çıxışında qeyd olunan Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə dünyaya təqdim etdiyi pozitiv nümunə ölkəmizin risklərin idarə olunmasında təcrübəsini göstərir. Sözsüz ki bu siyasətdə Cənab Prezidentin göstərişi ilə Azərbaycanda COVİD-19 pandemiyası ilə mübarizədə vacib addımların atılması xüsusi olaraq qeyd olunmalıdır.

2020-ci il Azərbaycan xalqı və dövləti üçün mühüm və sevincli il oldu. Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü təmin etdi.

Paralel olaraq diqqətdə saxlamaq lazımdır ki, müharibə və müharibənin nəticələrinin aradan qaldırlması istiqamətində mühüm maliyyə resursları sərf olunmuşdur.

Azərbaycan Prezidenti Qlobal Bakı Forumunun imkanlarından istifadə edərək İşğaldan azad olunmuş ərazilərin tamamilə dağıdılması, Ermənistanın vandalizm siyasəti haqqında dünya ictimaiyyətinə məlumat verib. Dövlətimizin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini sürətlə aparması, tezliklə vətəndaşları öz doğma torpaqlarına qaytarmaq üçün həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Cənab Prezident bir daha yüksək tribunadan Post-münaqişə dövründə Azərbaycanın konstruktiv təkliflərini, sülh təşəbbüslərinin Ermənistan tərəfindən cavablandırılmamasını, hələ ki demarkasiya və delimitasiya işlərinə başlanmaması vurğulayıb.

Toğrul Allahverdili
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB-nin sədri