“Türkiyədəki Azərbaycanlı Gənclərin 1-ci Forumu” keçirilib – FOTObackend

“Türkiyədəki Azərbaycanlı Gənclərin 1-ci Forumu” keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

28 may 2020-ci il saat 11:00-da Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Türkiyənin müxtəlif vilayətlərindən tələbə birliklərinin rəhbərlərinin və tələbələrin, ziyalıların, dövlət qurumlarının və ictimaiyyət nümayəndələrinin iştirakıyla “Türkiyədəki Azərbaycanlı Gənclərin 1-ci Forumu” keçirilib.

AGAH-ın mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, YTB sədrinin müavini Sayit Yusuf, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, İstanbul Millət vəkili Şamil Ayrım, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov və Parlament Jurnalistləri İctimai Birliyinin rəhbəri Elşad Eyvazlının protokol qonağı qismində qatıldığı forum onlayn formatda həyata keçirilmiş və “Respublika Günü”-nün, həmçinin Cümhuriyyətin qurucularının yad edilməsi və dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Tam 5 saat davam edən Forumu açıq elan edən AGAH sədri Təbriz Raufoğlu qeyd etmişdir ki, forumun keçirilməsində əsas məqsəd Türkiyədə təhsil alan və yaşayan azərbaycanlı gənclərlə Türkiyə və Azərbaycanın müvafiq qurumlarının rəhbərliyini bir araya gətirmək, AGAH tərəfindən hazırlanan vahid əlaqələndirməyə dair strategiyanın icrasına start vermək üçün ümumi fikri almaq, mənəvi dəstəyi görmək və mövcud vəziyyət haqqında bütün maraqlı tərəflərin məlumatlı olmasını təmin etməkdən ibarətdir.

Daha sonra açılış nitqi ilə çıxış edən Komitə sədrinin birinci müavini Valeh Hacıyev “Respublika Günü” vasitəsi ilə gəncləri təbrik edərək birliyin vacib olduğunu dilə gətirib. O, əlavə edib ki, komitə olaraq Türkiyədə təhsil alan gənclərdən daha aktiv olmaqlarını, diaspora işində daha da yaxından iştirak etməklərini gözəyirlər. Komitə rəsmisi ortaya qoyulan əlaqələndirmə strategiyasına müsbət baxdığını, irəli sürülən təşəbbüsü dəstəklədiyini və müvafiq dəstəyi verməyə hazır olduqlarını bəyan edib.

YTB Sədrinin müavini Sait Yusuf isə YTB olaraq hər zaman Türkiyədə təhsil alan azərbaycanlı tələbə-gənclərin yanında olduqlarını bəyan edib. Gənclərə bildirib ki, Türkiyə həm də onların ölkəsidir. O, əlavə edib ki, Bir Millət, İki Dövlət olan Türkiyə və Azərbaycan arasında münasibətlər yüksələn xəttlə inkişaf edir.

Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, İstanbul Millət vəkili Şamil Ayrım çıxış edərək, iki ölkə arasında əlaqələrin inkişafında gənclərin rolundan bəhs edib və bəyan edib ki, Türkiyədəki azərbaycanlı gənclərin hər tərəfli anlamda əlaqələnməsi üçün əlindən gələn bütün dəstəyi verməyə hazırdır.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Bəhruz Məhərrəmov çıxış edərək gəncləri salamlayıb, belə bir forumda onlarla birlikdə olmaqdan qürür duyduğunu bildirib. O əlavə edib ki, gələcəkdə də gənclərin bütün təklif və təşəbbüslərinə parlamentari olaraq dəstək verməyə hazırdır.

Daha Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli açılış nitqi söyləyərək tələbələri salamlayıb, forumun işinə uğurlar arzulayıb. O qeyd edib ki, tələbələrlə birlikdə olmaq onun üçün böyük şərəfdir. Cümhuriyyət qurucularını da xatırlayan natiq tələbə-gənclərin onların varisləri olaraq üçrəngli bayrağı həmişə uca tutmağa səsləyib.

Foruma qatılan Azərbaycan Respublikasının Qars Baş konsulu Nuru Quliyev də tələbə-gəncləri salamlayaraq “Respublika Günü” münasibəti ilə onları təbrik edib. O bildirib ki, gənclər arasında vahid koordinasiyaya ehtiyac var və bu təşəbbüsün həyata keçməsi üçün konsulluğun dairəsinə daxil olan vilayətlər üzrə hər cür dəstəyə hazırdır.

Son açılış nitqini söyləyən Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyinin birinci katibi Elçin Allahverdiyev də tələbələri salamlayaraq səfirlik olaraq edə biləcəklərindən söz açıb.

Açılış və protokol çıxışlarından sonra Konya Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Qoşqar Bəylərov, Erzurum Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Həsrət Səfərov, Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin təsisçisi Solmaz İsmayılova, Kayseri Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmli, Eskişehir Azərbaycanlılar Dərnəyinin Gənçlik Qollarının rəhbəri Cavid Əmirov, Kastamonu Üniversiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Topluluğunun rəhbəri Tural İsabəylinin iştirakı ilə “Azərbaycanlı Gənclərin Təşkilatlanmasının Hazırkı Vəziyyəti və Vahid Əlaqələndirmə” başlıqlı onlayn panel həyata keçirilib. Öncədən strateji sənədin müzakirə edildiyi panel iştirakçılarının hər biri birliyin vacib olduğunu, eyni zamanda mərkəzlə regionlar arasındakı əlaqənin regionların fikirlərinin nəzərə alınaraq qurulmasını bildiriblər. Müzakirələr sırasında İstanbul Universiteti Birlik və Həmrəylik Birliyinin rəhbəri Anar Can Kıtaya da söz verilib.

Daha sonra ümumi müzakirələri nəticəyə bağlamaq üçün söz müxtəlif universitetlərdən olan ziyalılara verilib. Kastamonu Universitetinin professoru Vüsalə Musalı çıxış edərək tələbələri daha aktiv olmağa, daha duyarlı şəkildə hərəkət etməyə səsləyib. O əlavə edib ki, belə bir birliyin yaradılması çox vacibdir.

Selçuk Universitetinin kafedra müdiri Rövşən Ramizoğlu çıxış edərək vahid koordinasiya məsələsinin vacibliyinə toxunub və qeyd edib ki, 21 mindən çox tələbənin arasında vahid əlaqələndirmənin olması önəmlidir. O əlavə edib ki, regional birliklərin öz fəaliyyətlərinə davam etməklə, orqanlarını əvvəlki formada saxlamaqla, müstəqilliyinə müdaxilə etmədən vahid koordinasiyada iştirakı olduqca faydalı olacaqdır.

Daha sonra çıxış edən Ankara Universiteti Hüquq Fakültəsinin dosenti Cavid Abdullazadə də birliyin yaradılmasının olduqca vacib olduğunu vurğulayıb. O, qeyd edib ki, tələbələrin təklif-təşəbbüsləri, öz aralında müzakirələr aparması bu ideyanın gerçəkləşdirilməsinin əsas prinsipidir.

Bütün tələbə-gənclər fikir və mövqelərini ortaya qoyduqdan, səsləndirilən təkliflərə replikalar dinləndildikdən sonra yekunda vahid koordinasiyaya dair ortaya qoyulan ideyanın gerçəkləşdirilməsi prosesin başladılması yönündə ümumi fikrə gəlinib. Forumun yekun bəyanatı oxunub. Bəyanatda qeyd olunur:

– AGAH tərəfindən irəli sürülən strategiya sənədindəki birlik modelinin bütün vilayətlərlə memorandum imzalanaraq realizə edilməsi ilə bağlı təşəbbüs dəstəklənsin.

– AGAH-ın adındakı Ankara sözünün Anadolu ilə əvəzlənməsinə dair təşkilatın İdarə Heyətinin yaxın zamanlarda toplanacağı bəyan edilsin.