Yeni dialoq platforması: Avropa Siyasi Birliyində Azərbaycanın rolu, mövqeyi və tələbləri!backend

Yeni dialoq platforması: Avropa Siyasi Birliyində Azərbaycanın rolu, mövqeyi və tələbləri!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənab Prezidentin “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak etmək üçün Moldovaya səfəri bir daha Azərbaycanın gücünü dünya liderlərinə nümayiş etdirdi.

Bu sözləri İnterpres.az-ın baş redaktoru, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili deyib.

Onun sözlərinə görə, bu mühüm toplantıda Prezidentimizin iştirakı onu göstərir ki, Azərbaycanın artıq bölgədə mühüm dövlət olmasını digər dövlətlər həzm etməyə başlayıb, daha doğrusu həzm etməyə məcbur olublar:

“Azərbaycan artıq üç ilə yaxındır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bölgədə və regionda söz sahibinə çevrilib. Qarabağ zəfərindən sonra yeni reallıqların yaranması fonunda artıq Azərbaycan lideri ilə hesablaşmağa məcbur olublar.

Təbii ki, bütün bunlara Ali Baş Komandanın yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində nail olunub.

Məlumdur ki, Avropa Şurası, ATƏT kimi beynəlxalq təşkilatlar ciddi böhran yaşayırlar və onların hansısa dialoqlarda vasitəçiliyi iflasa uğrayıb. ATƏT isə zatən iflasa uğramış, böhran içərisində çabalayan təşkilatlardandır.

Odur ki, belə olan təqdirdə yeni dialoq platformalarına ehtiyac yaranmış olur. Düşünürəm ki, bu kontekstdə Avropa Siyasi Birliyi dialoq üçün ən uğurlu platforma ola bilər. İstənilən halda dialoqların hansı platformalarda keçirilməsindən asılı olmayaraq Azərbaycanın üzü ağ, alnı açıq, mövqeyi və tələbləri də bəllidir. Hədəflər isə gün kimi aydındır”.