“Zəfər tarixinin birinciləri”- övladları birinci sinifə gedən QHT rəhbəri və jurnalistlərin təəssüratlarıbackend

“Zəfər tarixinin birinciləri”övladları birinci sinifə gedən QHT rəhbəri və jurnalistlərin təəssüratları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün  təhsil və tədris müəssisələrində ilk dərs günün sevinci yaşanır. Sosial şəbəkələri övladlarını dərsə yola salan valieynlərin sevinc paylaşımları bəzəyir. Onların içərisində isə övladları birinci sinifə qədəm qoyan həmkarlarımız daha həssas, daha həvəsli görünür.  Biz də onlardan bu özəl gündə təəssüratlarını xəbər aldıq. Həmkarlarımız ilk dərs gününün sevincini Moderator.az-a bölüşdülər.

“İnterpress.az” media qurumunun və Diaspor informasiya Mərkəzinin rəhbəri  Toğrul Allahverdilinin övladı Həsən Allahverdili bu il  Səbail rayonu 7 nömrəli məktəbinə birinci sinifə yollanır. Həmkarımız bu günü həyatının ən gözəl günü hesab edir:

“İlk olaraq bütün birinciləri, onların valideynlərini təbrik edirəm. Ümidvaram ki, uşaqları birinci sinifə daxil olan uşaqlar bu günə qədər məktəb həyatına qədəm qoyanların içində ən xoşbəxtləridir. İstər Sovet, istər müstəqillik dövründə ən xoşbəxt  birincilər 2021-ci ilin sentyabrın 22-də məktəbə qədəm qoyan şagirdlərdir. Ona görə ki, onlar bütöv Azərbaycanın birinciləri olaraq müharibəsiz, savaşın getmədiyi bir ölkədə, sülh içində olan dövlətimizdə məktəbə qədəm qoyurlar. Ümid varam ki, birincilər bu zərəfin dadını çıxaracaqlar. Onlar zəfər tarixinin birinciləridir. Zəfərdən sonra ilk məktəbə gedən körpələrimizdir.
Nə xoş bizə ki, övladlarımızın ilk tədris günündə keçdiyi dərs “Qarabağ Azərbaycandır!” adlanır.  Bu şüarı bizlərə sevdirən Ali Baş Komadanımıza, Azərbaycan ordusuna təşəkkür edirəm.  Şəhidlərimizin qarşısında baş əyirəm ki, onların sayəsində bu gün  övladlarımız zəfər tarixli bir ölkədə xoşbəxt, alnı açıq təhsil ala bilirlər. Nə xoşbəxt bizə ki, övladlarımız bizim kimi işğal tarixlərini əzbərləməyəcəklər, onlar tədris prosesində zəfər tarixini öyrənəcəklər.

Bu gün oğlum  Həsən Allahverdili başda olmaqla bütün birinciləri təbrik edir, onlara xoşbəxtlik arzu edirəm. Dövlətimizə layiqli övladlar olsunlar”.

“Yeni Müsavat” qəzetinin müxbiri, TV Müsavatın aparıcısı Nərgiz Liftiyevanın qızı da bu il birinci sinifə gedir.  Həmkarımız bizimlə söhbətində bu günü bir  valideyn kimi illərdir səbirsizliklə gözlədiyini deyir:

“Təhsilin bir insanın həyatında rolu çox böyükdür, xüsusən də qız uşaqlarının oxuması hava -su qədər vacibdir. Ona görə 4-5 yaşlarından Banunun ilkin hazırlıq prosesinə başlamışıq və şükürlər olsun ki, tam hazırlıqlı vəziyyətdə 1-ci sinifə qədəm qoydu. Gələcəkdə onu təhsilli, yaxşı kadr kimi görmək istəyirik. Hamımız son bir həftəni həyəcanla hazırlaşırdıq. Uşaqlıq illəri nostaljisi, ötən günlərə qayıtmağı arzulayırıq, əslində elə bunu yaşayırıq da…Özüm də sanki ilk dəfə məktəbə gedirdim, uşaq vaxtı sevdiyim, arzuladığım, bəzən istədiyim kimi ala bilmədiyim məktəbli ləvazimatlarından alanda ən az Banu qədər xoşbəxt idim. Biz 90-ların uşaqlarından fərqli olaraq indi uşaq olmaq, məktəbli olmaq daha gözəldi. Qələbə ilinin məktəblilərinə güldən çox bayraq yaraşar deyə, bayraqla məktəbə getdi və dövlət himnimizin sədaları altında siniflərə daxil oldular. Ümid edirəm ki, vətənpərvər bir gənc olar, qəlbində insana sevgi hissi ilə böyüyər. Təhsilimizdəki problemlərinin onun gələcəyinə kölgə salmaması üçün də hər zaman boşluqları doldurmağa çalışacam”.

 

Modern.az saytının əməkdaşı Namidə Bingölün qızı Selcan Kərimova 189-190 nömrəli məktəbin birinci sinifə yollanıb. Həmkarımız bu günü  özəl və önəmli hesab edir:

“Bu il orta məktəblər bir qədər fərqli idi. COVID-19 pandemiyasi səbəbindən valideynlər məktəblərə buraxılmırdı. İlk dəfə məktəblə tanış olan uşaqlar üçün bu bir az alışqanlıq olmasa da, hamımızın sağlamlığı üçün normal haldır. Bir valideyn olaraq bütün uşaqlara sağlam həyat və zehin açıqlığı arzulayıram. Ümid edək ki, dünyamızın düzəni qaydasına düşəcək və hər şey yaxşı olacaq. Bütün şagirdlərə uğurlar arzulayıram”.

Qızı 249 məktəbin birinci sinif şagirdi olanmədəniyyət yazarı Günel Musa deyir ki, bu gün övladından çox özü həyəcan keçirib:

“İlk dərs günümü xatırlamıram. Mənim ilk dərs günüm müharibə dövrünə düşdü. Bu gün o illəri və həyəcanı qızımla bərabər yaşadım. Məktəbdə ağlayan uşaq görmədim. Mən də öz adımdan bütün birinciləri təbrik edirəm. Hər zaman bilikdə, savadda birinci olsunlar”.


Xəyalə Rəis